Səhiyyə Nazirliyi və RİİB Ümumdünya Diabet Gününə həsr olunmuş aksiya keçirib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

13 NOYABR 2018

Səhiyyə Nazirliyi və RİİB Ümumdünya Diabet Gününə həsr olunmuş aksiya keçirib

Noyabrın 13-də  Ümumdünya Diabet Günü ilə əlaqədar Tovuz, Qazax, Masallı və Lənkəran rayonlarının mərkəzi xəstəxanalarının poliklinikalarında “açıq qapı günü” keçirilib.

Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkil etdiyi aksiya çərçivəsində həkim-endokrinoloqlar  sakinləri diabet, onun risk faktorları, müalicəsi və fəsadları barədə məlumatlandırıb, müxtəlif maarifləndirici materiallar paylanılınb. Həmçinin müraciət edənlərdən şəkərin təyini ilə bağlı analizlər götürülüb və  nəticələrdən asılı olaraq lazımi tövsiyələr verilib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Fondunun təşəbbüsü ilə 14 noyabr 1991-ci ildən Ümumdünya Diabet Günü kimi qeyd olunur. 2006-cı ildə isə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib. Məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.

Azərbaycanda diabetə qarşı mübarizə məqsədi ilə “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” qəbul olunub. Proqram çərçivəsində şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və digər tədbirlər həyata keçirilir.

Şəkillərlə burada tanış olmaq olar.