Azərbaycan Dənizçilik Kollecinin tələbələri sağlam həyat tərzi mövzusunda maarifləndirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

30 OKTYABR 2018

Azərbaycan Dənizçilik Kollecinin tələbələri sağlam həyat tərzi mövzusunda maarifləndirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) mütəmadi olaraq yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbirlər həyata keçirir.

Növbəti belə tədbirlərdən biri 30 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecində təşkil olundu.

Azərbaycan Dənizçilik Kollecinin Gənclər təşkilatının sədri Elmar Əsgərov çıxış edərək ölkəmizdə gənclərin sağlamlığına xüsusi qayğının göstərilməsini yüksək qiymətləndirdi, gənclər arasında məlumatlılığın artırılmasında  bu cür tədbirlərin önəmli xarakter daşıdığını vurğuladı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva gender bərabərliyinin təmin edilməsi, narkomaniya, məişət zorakılığı, erkən nikahlar, qeyri-infeksion xəstəliklər və digər sahələr üzrə İSİM-lə birgə ölkə ərazisində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini və iştirakçılar tərəfindən maraqla qarşılandığını qeyd etdi. İSİM-in həkim-metodisti Lətafət Dadaşova "Sağlam həyat tərzi və QİX-lərin profilaktikası" mövzusunda çıxış edərək, tütün məmulatlarının və narkotiklərin insan orqanizminə mənfi təsiri barədə geniş məlumat verdi, ölkəmizdə əhalinin, gənc nəslin sağlamlığının qorunması istiqamətində görülən işlərdən  danışdı. Azərbaycanda yeniyetmələrin tütündən istifadəsinin statistik göstəricilərini diqqətə çatdıran natiq bildirdi ki, bu zərərli vərdişə aludəlik ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və digər ağır xəstəliklərin əsas risk faktorunu təşkil edir.

Tədbirin yekununda iştirakçıların sualları cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olundu.

Şəkillərlə burada tanış olmaq olar.