Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

26 OKTYABR 2018

Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi

25-26 oktyabr 2018-ci il tarixdə Astana (Qazaxıstan) şəhərində İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi. Qazaxıstan hökuməti, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən, Almatı Deklarasiyasının 40 illiyinə həsr olunmuş konsfransın əsas məqsədi səhiyyə sahəsində ilkin səhiyyə xidmətinin inkişafında yeni bir istiqamətin yaradılmasıdır.

Konfransda 146 ölkədən 2 minə yaxın nümayəndə, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Fatoş Hande Harmancı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə  də iştirak etdi. Konfransda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə İlkin Səhiyyə Xidmətinə dair yeni Bəyannamə qəbul edildi. Əhalinin sağlamlığının qorunmasında böyük rol oynayacaq İlkin Səhiyyə Xidməti beynəlxalq təcrübəyə əsaslanan, effektivliyi sübut olunmuş strategiyadır.

Qeyd edək ki, İlkin Səhiyyə Xidməti mükəmməl bir model kimi 40 il əvvəl, 1978-ci ildə Alma-Atada (Qazaxıstan) keçirilən beynəlxalq konfransdan sonra təbliğ olunmağa başlanıb. Konfrans çərçivəsində qəbul olunmuş “Alma-Ata deklarasiyası” Dünya Səhiyyə Təşkilatının “Hamı üçün sağlamlıq” adlı qlobal strategiyasının əsas konsepsiyasına çevrilib.