Xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması məsələləri müzakirə olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

3 AVQUST 2018

Xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması məsələləri müzakirə olundu

3 avqust 2018-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması ilə bağlı iclas keçirildi. Səhiyyə Nazirliyinin və İSİM-in nümayəndələri, o cümlədən Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən hemodializ mərkəzlərinin rəhbər və mütəxəssisləri iclasda iştirak edirdilər.

İclasda “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində mövcud vəziyyət geniş təhlil olundu, böyrəklərin xroniki patalogiyası olan şəxslərin tam həcmdə tibbi yardımla, o cümlədən hemodializ müalicəsi ilə təmin edilməsi, kadr məsələləri ətrafında fikir mübadiləsi aparıldı, təkliflər dinlənildi. 

İştirakçılar tərəfindən həmçinin böyrəklərin xroniki xəstəlikləri zamanı müasir müalicə və diaqnostika üsullarının tətbiqi məsələləri, xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyən olunması ilə bağlı səmərəli fikir mübadiləsi aparıldı.