• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

28 İYUN 2018

İSİM-də “Autizm spektrum pozuntusu: Diaqnoz, qiymətləndirmə və müalicə” mövzusunda seminar keçirildi

Autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edən və erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sahəsində problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik pozuntudur.  Autizm anadangəlmədir və onun yaranma səbəbləri dəqiq məlum deyil. Bəzi mütəxəssislərin fikrincə,  autizm beyindəki neyronların normadan az olması ilə bağlıdır, digərləri isə onun genetik faktorlarla əlaqədar meydana çıxdığını bildirirlər.

28 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) bu aktual mövzuya həsr olunmuş “Autizm spektrum pozuntusu: Diaqnoz, qiymətləndirmə və müalicə” mövzusunda seminar keçirildi. Pediatr, psixo-nevroloq, psixoloq, Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun və İSİM-in əməkdaşlarının iştirakı ilə keçən seminar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün strateji planı üzrə Fəaliyyət Planının 3.1.2-ci “Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim artırılması üçün davamlı tibbi təhsil mexanizmlərinin işlənməsi” bəndinə əsasən təşkil olunmuşdu.

Tədbiri giriş sözü ilə açan İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə ölkəmizdə autizmlə bağlı vəziyyət barədə məlumat verdi, dövlət və qeyri-dövlət qurumları tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açdı. ABŞ-dan dəvət olunmuş mütəxəssis Marina Əzimova autizm pozuntusu olan uşaq və yeniyetmələrin reabilitasiyasında yaşanan çətinliklərdən danışdı. Onlara lazım olan dəstəyin böyük əhəmiyyətini  vurğulayan mütəxəssis bildirdi ki, autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir. Cəmiyyətin hər bir üzvünün onlarla münasibətdə diqqətli olmasının vacibliyini qeyd edən mütəxəssis autizmin xəstəlik deyil, fərqlilik olduğunu vurğuladı.

ABŞ-dan dəvət olunmuş digər mütəxəssis Endi Şih (Andy Shih) və Türkiyədən dəvət olunmuş mütəxəssis Canan Tanidir çıxış edərək, autizm spektr pozuntusu olan uşaqların valideynlərinin, yaxınlarının onlarla rəftarlarının reabilitasiya üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdılar.

Seminarın yekununda mövzu ilə bağlı fikir mübadiləsi aparıldı və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.