İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

31 MAY 2018

İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi

31 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi.  Tədbirin əsas məqsədi “31 may – Ümumdünya Tütünsüz Günü”nün tarixi, günün builki mövzusu olan “Tütün ürəyi məhv edir” devizinin açıqlaması, tütünlə mübarizə ilə bağlı dövlət səviyyəsində görülmüş işlərin müzakirəsi, tütünün yaratdığı acınacaqlı vəziyyətə ictimaiyyətin diqqətinin yönəldilməsi idi.

Tədbiri İSİM-in direktor müavini Rahib Məmmədov açaraq, tütünlə mübarizə sahəsində əldə olunmuş nailiyyətlərdən danışdı: “Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi ərəfəsində ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul olundu. Əhalinin sağlamlığının qorunması istiqamətində çox mühüm addım olan bu qanunun tətbiqinin nəticələri artıq gündəlik həyatımızda özünü büruzə verməkdədir”.

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində hələ 2016-cı ildə yaradılmış Texniki Məsləhətçi Qrupun qanunvericiliyin təkmilləşdirilməsi üçün verdiyi təklifləri yada saldı, eyni zamanda tütünlə mübarizənin gücləndirilməsinə dəstək üçün təşkil olunan müxtəlif kampaniyalar və digər fəaliyyətlərdən söz açdı: “Məsləhətçi  Qrupun tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətindəki fəaliyyəti “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.2.1.1-ci bəndinə əsasən tənzimlənirdi. Bu, Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının “Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası” maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından mövcud qanunvericilik bazasının gücləndirilməsinə yönəlmiş mühüm addım idi və biz bu addımı uğurla atdıq”. Sonra çıxış edən İSİM-in həkim metodisti  Lətafət Dadaşova ölkəmizdə tütündən istifadə ilə bağlı statistikanı açıqlayaraq bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tütün tüstüsü dünyada 8 əsas aparıcı xəstəliyin 6-nın inkişafında əsas risk faktorudur: “Burada  ön sırada ürək qan-damar xəstəlikləri, ürəyin infarktı, insult, müxtəlif orqanların, xüsusilə də ağciyərlərin onkoloji xəstəlikləri, eləcə də ağciyərlərin xroniki obtruktiv xəstəlikləri yer alır”. 

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə tütündən imtina ilə bağlı maarifləndirici tədbirlərin, mühazirələrin böyük əhəmiyyət daşıdığını, xüsusən gənc nəsli bu zərərli epidemiyadan qorumaq üçün hamılıqla mübarizə aparmağın vacibliyini vurğuladı: “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn tapşırıqların icrasına dair Səhiyyə Nazirliyinin 2018-ci il üçün Tədbirlər Planı”na əsasən tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi istiqamətində İSİM davamlı olaraq məqsədyönlü görüşlər, tədbirlər keçirib və bundan sonra da bu istiqamətdə işləri davam etdirəcəkdir”. İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Məmmədova tütünlə mübarizədə maarifləndirmə üsullarından danışaraq, dünya təcrübəsindən nümunələr gətirdi və tütün sənayesinin apardığı marketinq siyasəti barədə geniş təqdimatı iştirakçıların nəzərinə çatdırdı.

Tədbirdə həmçinin KİV nümayəndələrinə tütündən istifadənin fəsadları, mövcud vəziyyət, əldə olunan nailiyyətlər sahəsində İSİM tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verildi.