İSİM-də “İlk tibbi yardımın göstərilməsi” üzrə təlim təşkil olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

15 MAY 2018

İSİM-də “İlk tibbi yardımın göstərilməsi” üzrə təlim təşkil olundu

14 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “İlk tibbi yardımın göstərilməsi” üzrə təlim keçirildi. İSİM əməkdaşları üçün təşkil olunan təlimdə “İlk yardım” adlı dərs vəsaitinin müəllifi,  təcili və təxirəsalınmaz yardım üzrə ekspert Malik Abbasovun bu mövzuda maarifləndirici mühazirəsi dinlənildi.

İstənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstələnmə zamanı zərərçəkmişə dərhal ilk yardım göstərmənin əhəmiyyəti barədə məlumat verən ekspert bu sahədə məlumatlı olmağın vacibliyindən danışdı: “Yardım göstərməzdən əvvəl ilk növbədə öz təhlükəsizliyinizi, sonra isə zərəçəkənin təhlükəsizliyini təmin edin. İkinci mərhələdə isə, zərərçəkəndə huşun, tənəffüsün və nəbzin olub-olmadığını 10 saniyə müddətində müəyyənləşdirin. “Sizə nə olub?” sualına cavab və çiyinlərindən ehtiyatla silkələməyə reaksiyası yoxdursa, deməli, zərərçəkən huşunu itirib və ya ölüb. “Kömək edin!” qışqırıb, özünüz və ətrafdakıların köməyi ilə təcilli tibbi yardım (103, 112) çağırın”.

M.Abbasov xüsusi manikendən istifadə etməklə, tənəffüs dayandığı halda süni tənəffüs verilmə və ürəyin qapalı masajının düzgün icra qaydalarını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Bu cür vəziyyətdə ürəyin yerinin düzgün təyin olunması, masaj zamanı əllərin döş qəfəsi üzərində yerləşdirilmə qaydası, eləcə də digər zəruri addımlar mütəxəssis tərəfindən aydın izah edildi. 

Tənəffüs yoluna yad cismin düşməsi zamanı göstəriləcək ilk yardım qaydaları da bilavasitə praktiki qaydada diqqətə çatdırıldı. 

Ekspertin təxirəsalınmaz yardımla bağlı nəzəri və əyani təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılandı və onları maraqlandıran suallar cavablandırıldı.