Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

30 NOYABR 2017

Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır

27 noyabr 2017-ci il tarixdən etibarən paytaxtın seçilmiş məktəblərində 11-15 yaşlı 300 şagird arasında əsas dispanserizasiya müayinələrinin aparılmasına start verilmişdir. Bir həftə ərzində keçiriləcək səyyar müayinələr yerli həkimlərlə bərabər rusiya mütəxəssisləri tərəfindən aparılacaq. Rusiyanın - 8, yerli uşaq poliklinikalarından - 10 pediatr, nevropatoloq, ginekoloq, terapevt, oftalmoloq və digər həkim-mütəxəssis və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 5 mütəxəssisinin iştirakı ilə uşaqlar arasında dispanserizasiyanın əhəmiyyətinin öyrənilməsi, onlarda xəstələnmə halları müəyyən ediləcəkdir. Həkim baxışı ilə yanaşı bütün uşaqlar EKQ və ultrasonoqrafiya müayinəsindən də keçiriləcəkdir.

Həkim müayinəsi və diaqnostik testlərlə yanaşı məktəblərdə İSİM və TN tərəfindən 11, 13 və 15 yaşlı uşaqlar arasında Sağlamlıqla bağlı davranışların tədqiqi üzrə xüsusi sorğuda keçiriləcəkdir.

Bunlardan əlavə 2017-ci il 1 dekabr tarixində  Mikayil Müşviq adina 18 saylı orta məktəbdə “İlk yardımın əsasları və sağlamlıq davranışları” adlı təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər ayrı-ayrılığında həm şagird həm də müəllim heyətini əhatə edəcək. Daha sonra elə həmin gün aparılmış müayinələr və əldə edilmiş ilkin məlumatları təhlil etmək məqsədi ilə İSİM-də İlkin səhiyyə xidmətlərində işləyən məktəb pediatrları,  Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları, 2 saylı Bakı BazaTibb Kolecinin müəllimləri və İSİM-in əməkdaşlarının iştirakı ilə tədbir təşkil olunacaq. Tədbirdə rusiyalı mütəxəssislərin çıxışları dinləniləcək.

Beləliklə, uşaqlar arasında aşkarlanan xəstəliklərin onların davranış tərzi və risk faktorları ilə müqayisəli təhlili də aparılacaqdır.  Bir həftə ərzində məktəblilər arasında keçirilən diaqnostik müayinələr əsasında şagirdlərin həyat tərzi, zərərli və faydalı vərdişləri barədə ətraflı məlumatlar əldə edərək onların sağlamlıqla bağlı problemlərinin aşkarlamasına imkan yaradacaq.

Qeyd edək ki, bu tədbirlərin həyata keçirilməsi 2017-ci il oktyabrın 16-da İSİM ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Rusiyanın Uşağların Sağlamlığı Mərkəzi və arasında Əməkdaşlıq sazişinin imzalanması nəticəsində mümkün olmuşdur. Vurğulanmalıdır ki, Rusiyanın Uşağların Sağlamlığı Mərkəzi ÜST-nın Tərəfdaş Mərkəzidir və bu proqram Azərbaycanla yanaşı digər 8 ölkədə həyata keçiriləcəkdir.

Rusiyanın aparıcı tibb ocağı ilə imzalanmış bu saziş çərçivəsində Azərbaycan həkimləri bu tibb müəssisəsində təlim-tədris proseslərində iştirak edə, uşaqların sağlamlığının qorunması məqsədi ilə aparılan elmi tədqiqatlar, elmi-praktiki və kliniki nailiyyətlərlə saziş tərəfləri arasında mübadilə apara biləcəklər. Məktəblilər arasında aparılan skrininq tədbirləri isə bu istiqamətdə atılan ilk addımdır.

Bütün bunlar ölkədə hədəfli skrininq proqramlarının tərtib olunmasına köməklik göstərəcək və iki dövlətin aparıcı tibb müəssisələri arasında birgə elmi araşdırmaların daha geniş miqyasda aparılmasına zəmin yaradacaqdır.