Tibb tələbələri üçün “25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

24 NOYABR 2017

Tibb tələbələri üçün “25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirildi

24 noyabr 2017-cı il tarixdə 25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar  1 saylı Bakı Tibb Kollecində tələbələr üçün tədbir keçirildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkil etdiyi tədbirin məqsədi ictimai səhiyyə problemlərindən biri olan qadına qarşı zorakılıq mövzusuna əhalinin və xüsusi ilə də gələcək tibb işçilərinin diqqətini yönəltmək, bu problemlə əlaqədar məlumatlılıqlarını artıqmaq idi.

Tədbirdə çıxış edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününün tarixçəsinə nəzər saldı: “Dünyada zorakılığa məruz qalan insanların 95%-ni qadınlar təşkil edir və zorakılıq hallarının əksəriyyəti daha çox təhsil səviyyəsi aşağı olan ölkələrdə baş verir. Müasir dövrdə qlobal xarakter daşıyan bu problemin qabardılması üçün 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabr tarixini rəsmi olaraq Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin problemə yönəldilməsi üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlərin görülməsinə çağırmaqdır”.

Hər il dünyada, o cümlədən ölkəmizdə Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günündə müxtəlif tədbirlər həyata keçirildiyini deyən mütəxəssis qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlərdən danışdı. Təqdimatında Ş.Mirzəzadə gələcəkdə professional təcrübələrində zorakılıq halları ilə üzləşə biləcək auditoriya olduqlarını tədbir iştirakçılarına xatırladaraq, onların diqqətini belə məqamlarda tibb mütəxəssisinin ilk növbədə atılması vacib addımlarına yönəltdi. Daha sonra məişət zorakılığına məruz qalanların tibbi, sosial və psixoloji reabilitasiyası məsələləri müzakirə olundu, tələbələri maraqlandıran suallar cavablandırıldı.

Tədbirin sonunda iştirakçılara qadına qarşı zorakılıq mövzusu ilə əlaqədar İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.