• Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • Məktəblilərə “Narkotiklərsiz gələcəyə doğru” çağırış edildi
  • “14 noyabr – Ümumdünya Diabet Günü” ilə bağlı tibb tələbələri üçün tədbir keçirildi
  • İSİM-in nümayəndələri Zaqrebdə keçirilən "HBSC Autumn 2017" üzrə ümumi yığıncaqda iştirak etdilər
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

14 NOYABR 2017

“14 noyabr – Ümumdünya Diabet Günü” ilə bağlı tibb tələbələri üçün tədbir keçirildi

2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü qeyd olunur. Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının artmasının qarşısını almaq məqsədilə irəli sürülüb. Bu gün dünya əhalinin diqqətini “14 noyabr – Ümumdünya Diabet Günü”nün vacibliyinə yönəltmək məqsədilə bir çox ölkələrdə maarifləndirmə tədbirləri həyata keçirilir. Respublikamızda da şəkərli diabetin qarşısını almaq məqsədilə daimi yeni-yeni addımlar atılır, müxtəlif maarifləndirmə tədbirlərin keçirilməsi ilə əhali arasında şəkərli diabet haqda məlumatlılığın artırılması təmin olunur.

Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün bu ilki “Gələcək bizim hüququmuzdur!” şüarı elan edib. Bu gündə ictimaiyyət xəstəliyə qarşı daha həssas olan qrupu fədəfə alaraq hamiləlik zamanı müşahidə olunan diabetə qarşı məlumatlandırılır, xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır.

2017-ci ilin Ümumdünya Diabet Gününü qeyd etmək məqsədiylə 14 noyabr 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Diabet Liqası birgə təşkilatçılığı ilə 2 saylı Bakı Baza Tibb Kollecində “Qadınlar və Diabet” mövzusunda tədbir keçirdi.

“2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramının icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 4.1-ci bəndinə uyğun olaraq təşkil olunan tədbirdə əsasən reproduktiv yaşda olan qadınlar arasında diabetin profilaktikasını təmin etmək məqsədi ilə kolecin tələbələri üçün mövzu ilə əlaqədar təqdimatlar edildi. Onlara həm professional cəhətdən, həm də gələcəyin analarına kimi müraciətlər edərək, problemin mahiyyəti müzakirə olundu.

Tədbirdə İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova çıxış edərək bu günün mahiyyətini nəzərə çatdırdılar. Onlar bildirdilər ki, dünyanın bir çox ölkələrində diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır. Mütəxəssislər bildirdilər ki, ÜST-nin məlumatlarına görə hazırda dünyada 199 milyon qadın diabet xəstəsidir. 2040-cı ilə qədər isə onların sayı 313 milyona çatması ehtimalı var. Diabetlə yaşayan 5 qadından 2-si repropuktiv yaşdadır. 2-ci tip diabeti olan qadınlarda ürək-damar xəstəliklərinin yaranma ehtimalı 10 dəfə artıqdır. 1-ci tip diabet olan qadınlarda isə düşük və inkişafdan qalmış hamiləlik riski daha yüksəkdir. Bu problemin əsas həlli kimi natiqlər diadetlə yaşayan qadınların sağlamlıqlarının qorunması üçün onları qayğı və diabet haqda məlulamlılıq səviyyələrinin artırılmasının vacibliyini vurğuladılar.

Tədbirdə həmçinin dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulduğu, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişdiyi söylənildi. Oda qeyd olundu ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir. Tədbir iştirakçılarına şəkərli diabetin profilaktikasına dair İSİM tərəfindən hazırlanan maarifləndirmə materialları paylanıldı. Tələbələrin sualları cavablandırıldı.