İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 AVQUST 2017

İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir (FOTO)

16 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında sorğunun keçirilməsi ilə bağlı təlimlərə başlanıldı. Avqustun 19-dək keçiriləcək təlimlərin məqsədi Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair ÜST-nin dəstəyi ilə İSİM tərəfindən cari ilin avqust ayının sonlarından oktyabrın ortalarınadək aparılacaq STEPS-2017 sorğusu ilə bağlı mütəxəssisləri hazırlamaqdır. ÜST-nin ekspertlərinin iştirakı ilə aparılan təlimlər həm nəzəri, həm də praktiki məşğələlərdən ibarətdir.

Yerli və xarici ekspertlər təlim iştirakçılarına STEPS-in 3 mərhələli şəkildə həyata keçirilmə qaydaları, sorğu zamanı müsahibənin izlənmə formasının doldurulması və məlumatları e-STEPS bazaya yerləşdirmə üsullarını izah edirlər. Təlimlərdə, həmçinin  müsahibəçilərə təyin olunmuş ev təsərrüfatında respondentlərin seçilməsi və məlumatların toplanılmasında əsas rol oynayan Android cihazının funksiyaları öyrədilir. Musahibəçilər mütəxəssislərin nəzarəti altında elektron sorğu anketlərini testdən keçirir, respondentlərin fiziki ölçülərini qeyd etmək üçün cihazın yoxlanılmasını, qan təzyiqinin ölçülməsini, nəbzin saymasını əyani olaraq həyata keçirərək nəticələri elektron proqrama daxil edirlər, biokimyəvi analizlər üçün təyinat formalarının izahını alırlar.

Bildirək ki, əhalinin tibbi xidmətinin yaxşılaşdırılması və sağlamlığının qorunması məqsədi ilə keçirilən bu sorğu Səhiyyə Nazirliyinin 07.03.2016-ci il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”na uyğun olaraq müntəzəm şəkildə aparılacaq.  

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.