• İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir
  • İSİM-in nümayəndələri “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı” layihəsi çərçivəsində növbəti seminarda iştirak edirlər
  • İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!
  • Azərbaycan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” şəbəkəsinə üzvlük haqqı qazandı
  • İSİM-in rəhbər işçiləri Sarayevo şəhərində keçirilən kursda iştirak etdilər
  • İSİM-də akademik və elmi-tədqiqat qurumlarının nümayəndələrinin iştirakı ilə “Tütün - inkişaf üçün təhlükə!” mövzusunda dəyirmi masa keçirildi (FOTO)
  • İSİM-də “Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi” mövzusunda təlim keçirildi (FOTO)
  • Tütünlə mübarizədə KİV-lərin roluna dair seminar keçirildi (FOTO)

XƏBƏRLƏR bütün xəbərlər

20 İYUL 2017

İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir

20-22 iyul 2017-ci il tarixlərdə Qırğızıstanın Bişkek şəhərində Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Mərkəzi Asiya və Qafqaz ölkələrində ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunması sahəsində inkişafın gücləndiriıməsi ilə bağlı ölkələrarası görüş keçirilir. Mərkəzi Asiya və Qafqaz ölkələrinin nümayəndələrinin iştirak etdikləri görüşdə Azərbaycanı böyük heyətlə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, baş neonatoloqu, baş pediatrı, BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyinin əməkdaşları və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov təmsil edirlər.

Konfransın əsas qayəsini Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələr, qadın və uşaqlara göstərilən müalicə-profilaktika yardımlarının keyfiyyətinin yüksəldilməsi, yeni doğulmuş körpələrin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması məsələləri təşkil edir. O cümlədən görüşün məqsədinə ən qabaqcıl klinik təcrübə biliklərinə yiyələnmək, region ölkələrində səhiyyə sistemində lazımi islahatların və ictimai səhiyyə sahəsində mübadilələrin aparılması daxildir. Belə ki, bu da gələcəkdə ölkələrə qeyd olunan istiqamətlərdə özünəməxsus fəaliyyət planını tərtib etməkdə kömək olacaq.

Konfransda körpələrin ölümünə səbəb olan hallar – doğuşun ağırlaşması, doğuş anomaliyaları, hamiləlik zamanı müşahidə edilən infeksiyalar iştirakçılar tərəfindən bir daha təhlil ediləcək, yenidoğulmuşların sağlamlığında yaşanan problemlərin müəyyən edilməsi və həlli istiqamətində fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, görüşdə Ümumdünya Səhiyyə Təşkilatı, YUNİSEF, Ağa Xan Universiteti, Mərkəzi Asiya Universiteti, Uşaqların Sağlamlığı üzrə Qlobal “SickKids” Mərkəzi və Beynəlxalq Pediatriya Assosiasiyasının təmsilçiləri və tədqiqatçıları iştirak edirlər. Mütəxəssislər bir araya gələrək, “Hər yenidoğulmuş üzrə Fəaliyyət Planı” və bu strategiyadan irəli gələn vəzifələrdən danışaraq region ölkələrində ana və uşaq ölümünün qarşısının alınması ilə bağlı lazımi təkliflərini, tövsiyələrini bildirəcəklər.