• İSİM-in nümayəndələri Ukraynada keçirilən “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak edirlər
  • İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir
  • İSİM-in nümayəndələri “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı” layihəsi çərçivəsində növbəti seminarda iştirak edirlər
  • İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

30 İYUN 2017

İSİM-də akademik və elmi-tədqiqat qurumlarının nümayəndələrinin iştirakı ilə “Tütün - inkişaf üçün təhlükə!” mövzusunda dəyirmi masa keçirildi (FOTO)

30 iyun 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində “Tütün - inkişaf üçün təhlükə!” mövzusunda dəyirmi masa təşkil olundu.

“Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” layihəsi üzrə Texniki Məsləhətçi Qrupun, o cümlədən müxtəlif akademik və elmi-tədqiqat qurumlarının nümayəndələrinin iştirakı ilə keçən tədbiri giriş sözü ilə İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev açdı. O, “Tütün epidemiyası ilə mübarizədə prioritet istiqamətlər” adlı təqdimatla çıxış edərək, tütünlə mübarizədə mühüm və vacib məqamları iştirakçıların diqqətinə çatdırdı. İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin həkim-metodisti Lətafət Dadaşova bu gün dünyada, eləcə də Azərbaycanda qeyri-infeksion xəstəliklərin mövcud vəziyyəti ilə bağlı statistik rəqəmləri açıqladı və tütünün bir sıra xəstəliklərin əsas risk faktoru olduğunu vurğuladı. Azərbaycan Respublikası Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” yeni qanun layihəsinin ayrı-ayrı maddələri və perspektivləri ilə bağlı ətraflı məlumat verdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktorunun elmi katibi Gülzar Əliyeva “Ağciyərlərin patologiyalarında tütünçəkmənin rolu” mövzusunda təqdimatla çıxış edərək, tütünün insan orqanizminə zərərli təsiri ilə bağlı faktları nəzərə çatdırdı.

Dəyirmi masada aparılan müzakirələrdə bildirildi ki, tütündən istifadə hallarına orta və yaşlı nəslin nümayəndələri arasında daha çox rast gəlinir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov gənclərin tütünlə mübarizə istiqamətində atılan addımları dəstəklədiklərini, tütünə qarşı keçirilən layihələrdə fəal iştirak etdiklərini bildirdi. İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Məmmədova siqaret çəkən qadınların sayının ildən-ilə artması ilə bağlı statistikanı açıqlayaraq, tütün sənayesinin bu istiqamətdə apardığı marketinq siyasəti barədə geniş təqdimatı iştirakçıların nəzərinə çatdırdı. Yekunda çıxış edən İSİM-in Layihələrin Əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə tütünlə mübarizədə maarifləndirici tədbirlərin, müxtəlif aksiya və diskussiyaların böyük əhəmiyyət daşıdığını, bu istiqamətdə məqsədyönlü görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğuladı. 

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.