İSİM-in əməkdaşları Beynəlxalq Palliativ Qulluq Konqresində iştirak edəcəklər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

11 MAY 2017

İSİM-in əməkdaşları Beynəlxalq Palliativ Qulluq Konqresində iştirak edəcəklər

Türkiyə Respublikasının Səhiyyə və Sosial Xidmətlər Dərnəkləri Federasiyası tərəfindən 2017-ci ilin 12-13 may tarixlərində Ankara şəhərində Beynəlxalq Palliativ Qulluq Konqresi keçiriləcək.

Konqresin məqsədi son 3 ildə Türkiyədə tətbiq olunan palliativ qulluq modelləri haqqında ictimaiyyət, özəl sektor və universitetlərin nümayəndələri ilə fikir mübadiləsi aparmaq, eyni zamanda palliativ qulluğun tətbiqinə həsr olunmuş təqdimatları iştirakçıların nəzərinə çatdırmaqdır.  Tədbirdə səhiyyə xidmətlərində inteqrasiya modeli, Türkiyədə palliativ qayğının hazırkı vəziyyəti, Türkiyənin dövlət və özəl xəstəxanalarında, eləcə də müxtəlif ölkələrdə palliativ yardım və bu istiqamətdə yaranan problemlərdən ətraflı bəhs olunacaq. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də daxil olmaqla, müxtəlif ölkələrdən 81 mütəxəssisin qatılacağı konqresdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları Nabil Seyidov və Tofiq Musayev də iştirak edəcəklər.

Qeyd edək ki, palliativ yardım hər bir xəstənin ağrılarının azaldılmasına, ömrünün son günlərini ləyaqətlə yaşamasına kömək məqsədilə həyata keçirilir. Palliativ yardım sistemi əlillərə, ahıllara, ağır yataq xəstələrinə, xəstəliyin ağır və geridönməz mərhələsində olan pasiyentlərə, onların ailələrinə göstərilən xidmətlərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər ailə orta hesabla 10 ildə bir dəfə sağalmaz xəstəyə qulluq edir. Bu gün Azərbaycanda 45 min nəfərin palliativ yardıma ehtiyacı olduğu bildirilir.