Tütünlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini İSİM-in direktoru Ceyhun Məmmədov təmsil etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

21 APREL 2017

Tütünlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini İSİM-in direktoru Ceyhun Məmmədov təmsil etdi

2017-ci il aprelin 17-21 tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində  “Tütünlə mübarizə və tütünə qarşı  vergilərin müəyyən olunması” üzrə tədbir keçirildi. Dünya Bankının Tütünə Nəzarət sektorunun Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə keçirdiyi tədbirin əsas məqsədi tütün istifadəsini azaltmaq və milli səviyyədə tütün məmulatlarına tətbiq olunan vergi siyasəti haqda təcrübə mübadiləsinin aparılmasını təmin etmək idi. İştirakçı ölkələr sırasında Azərbaycan, Belarus, Brazilya, Çin, Bosniya Hersoqovina, Kolumbiya, Efiopiya, Qabon, Hindistan, İndonesiya, Qazaxıstan, Meksika, Moldova, Monteneqro, Myanma, Cənubi Afrika, Botsvana, Pakistan, Rusiya, Vyetnam, Türkiyə, Ukrayna, Özbəkistan və  başqaları   təmsil olunurdu. Tədbirə həmçinin Qərbi Afrika İqtisadi və Valyuta Birliyi, Karib İqtisadi Birliyi və Avropa Birliyi kimi məşhur təşkilatların təmsilçiləri  də qatılmışdı.

Dünyanın 35-dən çox ölkəsinin  maliyyə və səhiyyə üzrə  rəsmi nümayəndəsinin  qatıldığı bu tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov təmsil etdi. 

Tədbir çərçivəsində keçirilən sessiyalarda tütünün bütün ölkələrin səhiyyəsinə və iqtisadiyyatına təsiri ilə bağlı məlumatlar açıqlandı, siqaretin səbəb olduğu xəstəliklərə ayrılan səhiyyə xərclərinin ildən-ilə artırıldığı bildirildi. Qeyd olundu ki, tütünlə bağlı verginin tətbiq olunması onun istehlakını azaltmağın ən yaxşı yollarından biridir. Tədbirdə iştirak edən ölkələrin nümayəndələrinin diqqətinə çatdırıldı  ki, tütünlə bağlı vergilərin artırılması, eyni zamanda hər bir ölkə üçün vergi bazasının artmağına və inkişaf prioritetlərini maliyyələşdirmək üçün lazımi vəsaitin əldə olunmasına kömək edə bilər.