“Məktəblinin dostu” layihəsi çərçivəsində iştirak edən yeni əməkdaşlara ilk tibbi yardımın göstərilməsi üzrə təlimlər keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

10 СЕНТЯБРЯ 2019

“Məktəblinin dostu” layihəsi çərçivəsində iştirak edən yeni əməkdaşlara ilk tibbi yardımın göstərilməsi üzrə təlimlər keçirildi

26 avqust-10 sentyabr 2019-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri tərəfindən “Məktəblinin dostu” layihəsi çərçivəsində iştirak edən yeni əməkdaşlara ilk tibbi yardımın göstərilməsi üzrə təlimlər keçirildi. Təlimlərin əsas məqsədi iştrakçıların ilk tibbi yardımın göstərilməsi istiqamətində nəzəri və praktiki biliklərini artırmaq, fövqəladə hallar zamanı şagirdlərə və məktəb heyətinə ilk yardımın göstərilməsinin daha səmərəli və faydalı olmasını təmin etmək idi.

İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə və Tibbi keyfiyyət standartları şöbəsinin müdir müavini Şamil Kalyayev tərəfindən keçirlən təlimlər zamanı iştirakçılara ürək-ağciyər reanimasiyası, yaralar, qanaxma, yanıqlar, zəhərlənmə, sınıq, epilepsiya zamanı ilk yardım qaydaları haqqında nəzəri və praktiki məlumatlar verildi.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə ümumi təhsil müəssisələrində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.