Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin qarşısının alınma yolları” mövzusunda məlumatlandırıldılar | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

29 АПРЕЛЯ 2019

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin qarşısının alınma yolları” mövzusunda məlumatlandırıldılar

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti belə tədbir 26 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirildi. 

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor  Baba Salayev belə maarifləndirici tədbirlərin sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını bildirdi. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Nadir Məmmədov narkotiklərlə bağlı cinayətkarlığın  cəmiyyətdə təzahürləri və onlara qarşı mübarizə istiqamətində görülən işlərdən söz açdı. İSİM-in  Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşova kursantlar qarşısında “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin qarşısının alınma yolları” mövzusunda geniş təqdimatla çıxış etdi. O, həmçinin müasir zamanda gənclər arasında yayılan cinsi yolla ötürülən infeksiyalar, hepatit B, C, və İİV infeksiyası barədə söz açaraq, gənclərə bu xəstəliklərdən qorunma yolları haqqında məsləhətlər verdi.

Tədbirin sonunda iştirakçılarla infeksion və qeri-infeksion xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği ilə bağlı geniş fikir mübadiləsi aparıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.