1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində "Narkomaniya və digər zərərli vərdişlərə yox deyək!" mövzusunda tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

15 ФЕВРАЛЯ 2019

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində "Narkomaniya və digər zərərli vərdişlərə yox deyək!" mövzusunda tədbir keçirildi

15 fevral 2019-cu il tarixdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində  "Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq" mövzusunda gənclər üçün maarifləndirici tədbir keçirildi.

Bakı şəhər Baş Polis İdarəsi, Nəsimi Rayon Polis İdarəsinin rəsmilərinin də iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM)  Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-mütəxəssisi Lətafət Dadaşova geniş təqdimatla çıxış etdi. O, zərərli vərdişlərin, xüsusilə narkomaniyanın insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar, fiziki və psixi asılılıq barədə gəncləri məlumatlandırdı. 

L.Dadaşova narkomaniyaya qarşı mübarizə sahəsində İSİM tərəfindən keçirilən maarifləndirici tədbirlər və görülən işlər barədə danışaraq, gənclərə müvafiq tövsiyələrini çatdırdı.

Tədbirin yekununda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.