• İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • Состоялся научно-практический семинар по мульти-дисциплинарному подходу при гемофилии
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

НОВОСТИ все новости

1 ОКТЯБРЯ 2018

Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması və “Körpə dostu klinikası” təşəbbüsünün təbliği ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) pediatr və mütəxəssislərin iştirakı ilə  1 oktyabr 2018-ci il tarixdə  KİV nümayəndələri üçün brifinq keçirildi.

Brifinqi giriş sözü ilə İSİM-in direktoru Qəhrəman Haqverdiyev açdı. O bildirdi ki, dünya ölkələrində, o cümlədən respublikamızda Səhiyyə Nazirliyi ilə YUNİSEF-in (UNİCEF)  birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir: “Belə tədbirin təşkilində əsas məqsəd ana südünün üstünlüklərini, süni qidaların ana südünə nisbətdə fərqini analara çatdırmaq və ana südü ilə qidalanan uşaqların sayını artırmaq üçün geniş maarifləndirmə işlərini aparmaqdır” . UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin körpələrin inkişafında ana südü ilə qidalanmanın əvəzsiz rol oynadığını vurğuladı: “Azərbaycan hökuməti və UNICEF anaların öz körpələrini müvəffəqiyyətli bir şəkildə ana südü ilə qidalandırmasına daha yaxından kömək etmək məqsədilə geniş ictimai maarifləndirmə kampaniyalarına, “Körpə dostu klinikası” təşəbbüsünün yenidən bərpasına birgə səy göstərir, həmçinin UNİCEF mamaça və tibb bacıları üçün təlim keçilməsinə, körpələri yalnız ana südü ilə qidalandırma səviyyəsinin artırılmasına dəstək verir”. Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev anaları süni qidalardan uzaq olmağa çağırdı: “Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır. Eyni zamanda, körpələri ana südü ilə qidalandırmağın ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir”. Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov çıxışında vurğuladı ki, körpəsini ana südü ilə qidalandırmaq qadının sağlamlığına da müsbət təsir göstərir: “Bu, doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəzilərini və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, osteoporozun qarşısını alır”.

Brifinqdə bir daha diqqətə çatdırıldı ki, səhiyyə işçiləri, dövlət, qeyri-hökumət və ictimaiyyətin bütün nümayəndələrinin birgə, müştərək, məqsədyönlü, pozitiv fəaliyyəti sayəsində Azərbaycanda körpələri ana südü ilə qidalandırmanın miqyasını maksimum arzuolunan həddə 90-95%-ə çatdırmaq mümkündür. Əslində, bu, bütün cəmiyyətin qayğısıdır və məqsəd uşaqlarımızın sağlam genofondunu yetişdirməkdir.

Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilən ana südü ilə qidalanmanın faydalarına dair maarifləndirici materiallar paylanıldı.

Şəkillərlə burada tanış olmaq olar.