• Fiziki aktiv ol!
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Sağlam həyat tərzi seç!
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

NEWS all news

16 APRIL 2020

Azərbaycanda COVID-19 xəstəliyi ilə mübarizə və profilaktika məqsədi ilə uşaqlar üçün maarifləndirici materiallar hazırlanır

Azərbaycanda əhalini yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı ətraflı məlumatlandırmaq məqsədi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsindəəhali, xüsusən uşaqlar üçün maarifləndirici materialların hazırlanaraq aidiyyəti üzrə paylanılması nəzərdə tutulur. Yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və profilaktika məqsədi ilə hazırlananan materiallarda uşaqlara evdə qalmağın vacibliyi izah olunur, immun sisteminin möhkəmləndirilməsi, düzgün qidalanma, ev şəraitində fiziki aktiv olmaq, onlayn tədris layihələrinə qoşularaq dərslərini hazırlamaq və digər mövzular üzrə tövsiyələr yer alıb. Pandemiya dövründə körpələrini ana südü ilə qidalandıran anaların zəruri gigiyena qaydalarına riayət etməsi, usaqların (0-2 yaş arasında) erkən inkişafı, eyni zamanda uşaq və valideynlərdə təşvişin aradan qaldırılması, stressin idarə olunması üzrə məlumatlarda maarifləndirici vərəqələrdə əhalinin diqqətinə çatdırılır. Bu mövzularda həmçinin sosial şəbəkələrdə müntəzəm olaraq maarifləndirici materialların paylaşılması, həmçinin qısa video-çarxın hazırlanması həyata keçiriləcək.

Hazırlanan materiallara əhalinin əlçatanlığının təmin olunması məqsədi ilə onlar www.isim.az saytında yaradılan Koronavirus haqqında məlumat bölümündə yerləşdiriləcək.