• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC

NEWS all news

19 DECEMBER 2019

“Tütünsüz həyat – sən özün yarat!” şüarı ilə aksiya keçirildi

Dünyada hər il təxminən 8 milyon insan tütünçəkmənin yaratdığı xəstəliklərdən dünyasını dəyişir. XX əsrdə tütün epidemiyası dünyada 100 milyon insanın həyatına son qoyub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, tütün tüstüsü dünyada 8 əsas ölüm səbəblərindən 6-sına dair risk faktorudur. Sübut edilmişdir ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi birləşmə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli toksik maddə və 70-i kanserogen hesab edilir.

Qeyri-infeksion xəstəliklərin profilaktikası və tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə  19 dekabr 2019-cu il tarixdə keçirilən “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans çərçivəsində “Tütünsüz həyat – sən özün yarat!” şüarı ilə təşviqat aksiyası keçirildi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən keçirilən aksiyanın məqsədi sağlam həyat tərzini təbliğ etmək,  əhalini zərərli vərdişlərdən uzaq olmağa çağırmaqdır.

Aksiya zamanı bir daha vurğulandı ki, tütünçəkmə sağlamlığa birbaşa və ya dolayı təsir göstərirərək orqanizmə ciddi zərər vurur. Eyni zamanda, tütünçəkmə sağlamlığa ciddi ziyan vurmaqla yanaşı, xarici görünüşü də dəyişir, dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də erkən yaşda qırışların əmələ gəlməsi ilə nəticələnir. Aksiya iştirakçılarının diqqətinə çatdırıldı ki, passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır, bu hər kəsin, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir. Odur ki, ictimai səhiyyə mütəxəssisləri əhalini “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün  Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırdılar.

Aksiya zamanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici çap materialları paylanıldı.

Şəkillərlə burada tanış olmaq olar.