21 FEVRAL 2024
Səhiyyə Nazirliyi İSİM-in nümayəndəsi Stokholmda keçirilən “Epidemioloji araşdırma və risklərin sürətli qiymətləndirilməsi” mövzusunda seminarda iştirak edib
İsveçin Stokholm şəhərində Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) təşkilatçılığı ilə 12-16 fevral 2024-cü ildə “Epidemioloji araşdırma və risklərin sürətli qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
Seminara Avropa Qonşuluq Siyasətinə (AQS) daxil 12 tərəfdaş ölkədən 30, Aİ/EEA(Avropa İttifaqı/Avropa İqtisadi Ərazisi) üzrə 16 ictimai səhiyyə mütəxəssisi qoşulub.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini Lətafət Dadaşova seminarda iştirak edib.
Təlimlərdə epidemioloji araşdırmaların müxtəlif aspektləri, skrininq metodları, filtrasiya meyarları nəzərdən keçirilib, müvafiq məlumatların hesabat məqsədli təhlili aparılıb. Tədbir çərçivəsində faydalı təcrübələr bölüşülüb və səmərəli fikir mübadiləsi aparılıb.