МАМЕДОВ Рауф Муслимович

МАМЕДОВ Рауф Муслимович

Первый заместитель директора

1973-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "müalicə-profilaktika" fakultəsinə daxil olmuşdur və 1978-ci ildə həmin institutu bitirmişdir.

1980-cı ildən  1982-ci ilə qədər 6 saylı şəhər poliklinikasında, 1982-ci ildən isə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının stasionar şöbəsində həkim-cərrah vəzifəsində işləmişdir. 1989-cu il tarixindən həmin BŞX-nın müalicə işlər üzrə baş həkimin müavini vəzifəsinə keçirilmişdir. 1990-cı il tarixindən 1991-ci il tarixədək Bakı Baş Səhiyyə İdarəsində həkim müfəttiş vəzifəsində çalışmışdır. 1991-ci ildən 1993-cü ilə qədər Səbail rayonun Səhiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1993-cü ildən 1997-ci ilə qədər 16 saylı Birləşmiş Şəhər Xəstəxanasında baş həkim vəzifəsində işləmişdir.

1997-ci ildən 2007-ci ilə kimi Amerika Birləşmiş Ştatlarının UMCOR/Azərbaycan beynəlxalq humanitar təşkilatında müxtəlif məsul vəzifələrdə çalışmışdır.

Oktyabr ayının 2007-ci il tarixdən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində işləyir. Hal-hazırda Mərkəzinin direktorun birinci müavini vəzifəsində çalışır.