RÜSTƏMOVA  <br />Fidan Aris qızı

RÜSTƏMOVA Fidan Aris qızı

Baş hüquqşünas

1994-cü ildə Bakı şəhər Xətai rayonunun 245 saylı orta məktəbinin rus bölməsi üzrə birinci sinfinə getmiş, 2005-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin əyani şöbəsinə bakalavr pilləsinə qəbul olmuş və 2009-cu ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir. 2009-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin əyani şöbəsinə magistratura pilləsinə qəbul olmuş və 2011-ci ildə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun Beynəlxalq hüquq və bioetika fakültəsinə doktorantura pilləsinə qəbul olmuş və 2016-cı ildə təhsilimi bitirmişdir. Hazırda doktorantura pilləsi üzrə elmi işi müdafiə mərhələsindədir. 2014-cü ildə Amerika Birləşmiş Ştatlarının Boston şəhərində yerləşən Harvard Universitetinin Səhiyyə hüququ və bioetika fakültəsinin magistr proqramına qəbul olmuş və 2015-ci ildə həmin proqramı müvəffəqiyyətlə başa vurmuşdur. 2013-cü və 2015-ci illərdə Türkiyənin İstanbul şəhərində yerləşən KOÇ Universitetində ixtisasartırma 2011-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hüquqşünas vəzifəsində çalışmağa başlamışdır. 2016-cı ildən 2019-cu ilədək "PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətində hüquqşunas vəzifəsində çalışmış, həmin müddətdə Almaniyanın Berlin şəhərinə Risk və hüquqi təminat ilə bağlı təlimə ezam olunmuş və həmin təlimdən uğurla keçmişdir, bundan əlavə, Peşəkar Sığortaçılar Sertifikasiyasının hər üç imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş, təhsilin başa vurulmasını təsdiq edən müvafiq sertifikat almışdır. 2019-cu ilin iyun ayından etibarən isə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Baş hüquqşünas vəzifəsində çalışır.