Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması üçün monitorinq sistemi yaradılacaq | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

ПРЕССА АРХИВ ПРЕССЫ

ПРЕССА / 22 НОЯБРЯ 2018

report.az

Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması üçün monitorinq sistemi yaradılacaq

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Uşaqların sağlamlığı sahəsində inkişafın ölçülməsi” mövzusunda seminar keçirilib.

"Report"un məlumatına görə, İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxışında ölkədə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu və bu istiqamətdə mühüm tədbirlər görüldüyünü bildirib. 

O, monitorinqin və onun əsasında təhlillərin aparılmasının əhəmiyyətini vurğulayaraq, ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sisteminin yaradılmasının Dövlət Proqramında, Səhiyyə Nazirliyinin Tədbirlər Planında yer alan əsas məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

Southampton Universitetinin demoqrafiya üzrə elmlər namizədi Endryu Çannon (Andrew Channon) seminar iştirakçılarını səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə işinin aparılmasına dair təlimatlarla tanış edib. 

Qeyd edək ki, Southampton Universitetinin Sosial statistika və demoqrafiya fakültəsində çalışan, müxtəlif ölkələrdə UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı ilə iş təcrübəsinə malik Endryu Çannon tərəfindən keçirilən təlimlərin əsas məqsədi səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə çərçivəsini daha geniş kontekstdə izah etməkdir.