Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

ПРЕССА АРХИВ ПРЕССЫ

ПРЕССА / 25 ИЮНЯ 2020

www.azertag.az

Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib

İyunun 25-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş Nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Konfransda Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Milli Məclis sədrinin müavini Adil Əliyev, Gənclər və İdman naziri Azad Rəhimov, Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış ediblər. Çıxışlarda bildirilib ki, ölkəmizdə narkomanlığa qarşı mübarizə narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması və profilaktik tədbirlər olmaqla iki əsas istiqamət üzrə aparılır və Dövlət Komissiyasının işçi qrupu narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların birgə əməkdaşlığına və işlərinin əlaqələndirilməsinə xüsusi əhəmiyyət verir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxış edərək Dövlət Proqramının icrasını təmin etmək məqsədilə İSİM tərəfindən Gənclər və İdman, Təhsil, Daxili İşlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər Fondu, Nəsimi Rayon İcra Hakimiyyəti, DİN Nəsimi rayon bölməsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlıq çərçivəsində aparılan geniş maarifləndirmə işlərindən söz açıb.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və digər iştirakçılar çıxışlarında vurğulayıblar ki, narkomaniyaya qarşı müvafiq qurumlar, eyni zamanda cəmiyyətin bütün üzvləri tərəfindən birgə mübarizə aparılmalı, yeniyetmə və gənclər arasında keçirilən maarifləndirmə tədbirləri daimi xarakter almalıdır.

https://azertag.az/xeber/Gencler_arasinda_narkomanliga_qarsi_mubarizenin_guclendirilmesi_movzusunda_onlayn_konfrans_kechirilib-1522305