• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • Состоялся научно-практический семинар по мульти-дисциплинарному подходу при гемофилии

ПРЕССА АРХИВ ПРЕССЫ

ПРЕССА / 12 ДЕКАБРЯ 2019

www.azertag.az

Əhali arasında antibiotiklərlə bağlı geniş maarifləndirmə işləri aparılır

Antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən biri hesab edilir. Dünyada təxminən hər il 700 min insan çoxsaylı dərmanlara qarşı müqavimət göstərən bakteriyaya yoluxaraq dünyasını dəyişir. Onlardan 33 mini yalnız Avropa İttifaqının payına düşür.

Ölkəmizdə antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin edilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə əhali arasında geniş maarifləndirmə və təbliğat işlərini həyata keçirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, maarifləndirmə işləri çərçivəsində avtobus dayanacaqlarında insanlara antibiotiklərdən istifadəyə dair maarifləndirici çap materialları paylanılıb. Sakinlərin diqqətini cəlb etmək məqsədilə beş avtobusun üzərinə maarifləndirici lövhələr (billboardlar) quraşdırılıb. Əhalinin daha geniş şəkildə istifadə etdiyi Metropolitenin vaqonlarında da belə lövhələrin yerləşdiriləcəyi planlaşdırılır.

Görülən işlərin davamı olaraq Bakı və Sumqayıt şəhərlərində 2 min nəfər arasında antibiotiklərlə bağlı əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə sorğu keçirilib. Sorğuda insanların mövzuya dair bilik səviyyəsi müəyyən edilib və eyni zamanda, bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatlar əhalinin nəzərinə çatdırılıb.

Aparılan sorğu nəticəsində məlum olub ki, iştirakçıların 50.2 faizi son 12 ayda antibiotik qəbul edib. Respondentlərin 23.6 faizi həkim təyinatı olmadan, 30,75 faizi isə oxşar xəstəliklərdə istifadə etdikləri dərmanları yaxın insanların məsləhəti ilə qəbul etdiklərini bildirib. 26.9 faiz respondent hesab edir ki, antibiotiklə müalicə nəticəsində yaxşılaşdıqdan sonra növbəti dəfə xəstələndikdə, həkimlə məsləhətləşmədən eyni antibiotiki özbaşına qəbul etmək lazımdır.

Sorğunun nəticələri göstərib ki, antibiotiklərdən istifadə ilə bağlı ciddi nəzarət mexanizmlərinin olmasına ehtiyac var. İnsanların həkim təyinatı olmadan antibiotiklərdən istifadə etməsi bakteriyaların antibiotiklərə davamlılığını artırır və bu da öz növbəsində insanın uzun müddət xəstəxanada qalmasına, tibbi xidmət xərclərinin yüksəlməsinə, əlilliyin və ölüm hallarının baş verməsinə səbəb ola bilir.

https://azertag.az/xeber/Ahali_arasinda_antibiotiklerle_bagli_genis_maariflendirme_isleri_aparilir-1366624