Sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

15 НОЯБРЯ 2021

Sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbir keçirildi

12 noyabr  2021-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  birgə təşkilatçılığı ilə  Slavyan Universitetinin məktəb-lisey kompleksində “Sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərin, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tədbirdə çıxış edərək, sağlam həyat tərzinin əsas amillərindən söz açıb zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri barədə ətraflı məlumat verdi.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və maarifləndirici materiallar paylanıldı.