Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyə menecmenti” üzrə təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

6 МАРТА 2020

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyə menecmenti” üzrə təlim keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 3-5 mart 2020-ci il tarixdə beynəlxalq təlimçi-ekspertlərin iştrakı ilə “Səhiyyə menecmenti” mövzusu üzrə təlim keçirildi. İSİM və “Uptodate in Medicine” tərəfindən təşkil olunan təlim həkimlər, səhiyyə işçiləri və ictimai səhiyyə menecerləri üçün nəzərdə tutulmuşdu.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki,  Azərbaycanda səhiyyənin inkişafı ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir və bugünkü təlimin təşkilində də əsas məqsəd tibb müəssisələrinin idarə olunması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsidir.

ABŞ-ın Miçiqan ştatının həkimlərin inkişafı üzrə Spectrum Health Lakeland xəstəxana şəbəkəsinin vitse-prezidenti Varren Vayt (Warren C. White) tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsində liderlik bacarıqlarının, komanda işinin və maliyyə faəliyyətinin  doğru təşkilinin rolu barədə ətraflı məlumat verdi.  Tibb sektorunda biznes fəaliyyətinin təşkilinin effektiv idarə edilməsində atılmalı olan ən mühüm addımlardan və peşəkar mentorluq, fərdi inkişafa dəstək mexanizmlərindən danışan Spectrum Health Lakeland xəstəxana şəbəkəsinin, səhiyyənin idarə edilməsi şöbəsinin vitse-prezidenti Kennet Onil  (Dr Kenneth O'Neill) Dəyişikliyin menecmenti barədə geniş təqdimatla çıxış etdi.

Təlimin üçüncü günü İSİM-in direktoru Qəhrəman Haqverdiyev səhiyyə marketinqi, səhiyyə sahəsində marketinq taktikaları barədə ətraflı məlumat verdi. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Keyfiyyətə (RMDM) nəzarət şöbəsinin müdiri Zərifə Kamilova beynəlxalq akkreditasiya, JCİ üzrə Azərbaycan təcrübəsini iştrakçılarla bölüşdü. O, beynəlxalq standartlara əsaslanan akkreditasiya sisteminin RMDM-də təşkilindən və icrası qaydalarından ətraflı söz açdı. Təlimdə həmçinin tibb müəssisələrinin akkreditasiyası, səhiyyədə informasiya sistemləri və digər aktual aktual mövzularda çıxışlar dinlənildi, səmərəli fikir mübadiləsi aparıldı.

Yekunda iştrakçıları maraqlandıran suallar cavablandırıldı və sertifikatlar təqdim olundu.

Şəkillərlə burada tanış olmaq olar.