Gəncə şəhərində “Uşaqlarda boy problemləri” mövzusu üzrə seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

24 ИЮНЯ 2019

Gəncə şəhərində “Uşaqlarda boy problemləri” mövzusu üzrə seminar keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə 22 iyun 2019-cu il tarixdə Gəncə şəhərində “Uşaqlarda boy problemləri” mövzusu üzrə seminar keçirildi. Seminarda Tovuz, Goranboy, Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Samux rayonlarında fəaliyyət göstərən mərkəzi xəstəxana və uşaq poliklinikalarının həkim-endokrinoloq, terapevt və pediatrları iştrak etdilər. Seminarın əsas məqsədi boy qısalığı olan uşaqların erkən aşkarlanması və sübutlara əsaslanan tibbi müalicənin aparılması ilə fiziki inkişafdan geri qalmanın və əlilliyin qarşısının alınması idi.

Seminarı giriş sözü ilə açan Gəncənin baş pediatrı Azelma Dadaşova uşaqlarda yaranan boy qısalığı problemlərinin ciddi məsələ olduğunu bildirərək, həkimləri və valideynləri məsuliyyətli olmağa, gənc nəslin sağlam inkişafına həssaslıqla yanaşmağa çağırdı. Tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının pediatr-endokrinoloqu Gündüz Əhmədov uşaqlarda boy çatışmazlığının səbəbləri, potogenezi  və təsnifatı barədə iştirakçılara ətraflı məlumat verdi. Azərbaycan Tibb Universiteti, Uşaq Pulmonologiya, endokrinologiya, allerqologiya şöbəsinin pediatrı Samirə bildirdi ki, müasir müalicə metodlarının  tətbiqi ilə uşaqlarda boy probleminin yaranmasının qarşısını almaq mümkündür. Azərbaycan Tibb Universitetinin pediatrları – Fənarə Şükürova, Ramilə Ömərova, pediatr-endokrinoloqu İlsur Novruzov çıxış edərək, qısa boy probleminin effektiv  müalicəsi, boy hormonu çatışmazlığına dair klinik hallardan söz açdılar. 

Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş seminarın yekununda iştrakçıların sualları cavablandırıldı və həkimlərə sertifikatlar (4 kredit balı) təqdim olundu.

Şəkillərlə burada tanış olmaq olar.