İSİM-də könüllülərlə görüş oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

10 ИЮНЯ 2019

İSİM-də könüllülərlə görüş oldu

10 iyun 2019-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) ictimai səhiyyəyə maraq göstərən gənclərlə görüş oldu. İSİM-in direktoru Qəhrəman Haqverdiyev könüllüləri salamlayaraq onların fəallığını alqışladı və əhalinin sağlamlığı, cəmiyyətin rifahı naminə ölkəmizdə həyata keçirilən tədbirlərə töhfə vermək istəklərini yüksək qiymətləndirdiyini bildirdi.

İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə könüllülük proqramının “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının 5.7.5. (Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi) bəndinə əsasən həyata keçirildiyini qeyd etdi  və könüllülük anlayışının gənclər arasında təbliğinin əhəmiyyətindən danışdı.  Könüllüləri rəhbərliyə təqdim edən Şəhla Mirzəzadə bu proqramın davamlı olacağına ümid etdiyini və gələcəkdə daha çox gəncin səhiyyə könüllüləri sıralarına qoşulacağına inandığını vurğuladı. Görüşdə iştirak edən İSİM-in əməkdaşları müxtəlif şöbələrin fəaliyyətləri barədə gənclərə ətraflı məlumat verdilər və könüllülərlə birlikdə çalışmaqdan məmnun olduqlarını bildirdilər.

Qeyd edək ki, İSİM-in könüllüləri əsasən Tibb Universitetinin tələbələri olmaqla müxtəlif sahələr üzrə təhsil alan gənclərdir. Onların arasında gələcəyin həkimi, sosial işçisi, ekoloqu, müəllimi, həkimi var.

İSİM-in həyata keçirdiyi bir neçə layihədə artıq yaxından iştrak edən könüllülər 31 may 2019-cu il tarixdə  Ümumdünya Tütünsüz Günü münasibətilə  Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində “Tütün çəkmə, şəkil çək!” şüari ilə keçirilən tədbirdə maarifləndirici təşviqat aksiyasına qoşulmuşdular. Onlar həmçinin Sağlam Qida Könüllülərinin I Respublika Forumunda təmsil olunmuşdular.