İSİM-də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüş keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

30 АПРЕЛЯ 2019

İSİM-də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüş keçirildi

30 aprel 2019-cu il tarixdə İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri ilə görüş oldu. Görüşdə ÜST-nin nümayəndələri – Samprei Aypanciqulı (Sampreethi Aipanjiguly), Vinsent Eppendal (Vinca Eppendahl), Bəxtigül Karriyeva (Bahtygul Karriyeva), Fənarə Bünyadzadə və İSİM-in rəhbərliyi, əməkdaşları iştirak etdilər.

Nümayənədlərin Bakıya səfərinin məqsədi kommunikasiya strategiyası üzərində işləmək, ölkə ofisi üçün prioritet olan iki mövzu ilə bağlı foto, video reportaj,  eyni zamanda bir illik kommunikasiya planı və broşura hazırlamaqdır. Missiya çərçivəsində bir sıra tərəfdaşlarla görüşlərin keçirilməsi və məsləhətləşmələrin aparılması da nəzərdə tutulub. İSİM-də keçirilən görüş çərçivəsində nümayəndələr mərkəzin fəaliyyəti ilə yaxından tanış oldular, il ərzində görülən işlər və nəzərdə tutulan planlar barədə məlumat aldılar.

Əhalinin sağlamlığının qorunması və rifahı istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açan İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirdi ki, xəstəliklərin profilaktikası, zərərli vərdişlərin qarşısının alınması, fiziki fəallığın artırılması istiqamətində geniş təbliğat və təşviqat işləri görülür. O, İSİM-in yeni kommunikasiya planı barədə məlumat verərək qeyd etdi ki, sağlam həyat tərzinin təbliği və təşviqi istiqamətində daha səmərəli, yaradıcı üsullardan istifadə olunması, sosial şəbəkələrdə təbliğat işinin genişləndirilməsi, smartfon və internet portallarında müvafiq əlavələrin yaradılması nəzərdə tutulur. Görüşdə qonaqlara İSİM-in 2018-ci il üzrə illik hesabatı təqdim olundu və bildirildi ki, ötən il ərzində İSİM-də həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər, təlim və seminarlar keçirilib, maarifləndirici çap materialları hazırlanıb, yeni mobil əlavələr əhalinin istifadəsinə verilib, veb sayt və səhifələrin fəaliyyəti daha da inkişaf etdirilib.

Səmimi qarşılanma və görüşün təşkili üçün təşəkkür edən qonaqlar İSİM-in geniş fəliyyətinin onlarda zəngin təəssürat yaratdığını vurğuladılar.

 Şəkillərlə burada tanış olmaq olar.