• Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement

PRESS PRESS ARCHIVE

PRESS / 7 NOVEMBER 2019

www.azertag.az

Moskvada qeyri-infeksion xəstəliklərlə mübarizə istiqamətində tibbi savadlılığın artırılması üzrə seminar keçirilib

Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən noyabrın 6-7-də qeyri-infeksion xəstəliklərin qarşısının alınması və onunla mübarizə ilə bağlı tibbi savadlılığın artırılması istiqamətində milli layihələrin inkişafı, tətbiqi və qiymətləndirilməsi, idarəsi üzrə seminar keçirilib. DST-nin Avropa regional bölgəsi olan Moskva şəhərində təşkil olunan seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktor müavini Rauf Məmmədov, səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov, səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva iştirak ediblər.

Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

2019-cu ilin yanvar ayında yaradılan DST-nin tibbi savadlılığın inkişafı üzrə Avropa şəbəkəsinin əsas məqsədlərindən biri – qeyri-infeksion xəstəliklərin qarşısının alınması, həmçinin bu xəstəliklərlə mübarizə təşəbbüsünü dəstəkləmək üçün tibbi maarifləndirmə istiqamətində layihələrin həyata keçirilməsini gücləndirməkdir. Eyni zamanda, bu sahədə əsaslı biliklərin formalaşdırılması, ən yaxşı təcrübələrin ölkələr üzrə yayılması əsas hədəflərdən biridir.

Beləliklə, üzv dövlətlərin qeyri-infeksion xəstəliklərin qarşısını almaq, onlara qarşı mübarizə təşəbbüslərini dəstəkləmək və müvafiq imkanları gücləndirmək məqsədilə təşkil olunmuş seminarda tibbi savadlılığın artırılması nəticəsində sağlamlığın yaxşılaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyri-infeksion xəstəliklərlə mübarizə istiqamətində ölkələr üzrə görülən işlər barədə nümayəndələrin çıxışları dinlənilib, uyğun təcrübələr paylaşılıb. Həmçinin tibbi savadlılığın artırılması məqsədilə planlaşdırılan milli layihələrin hazırlanması və qiymətləndirilməsi, bu istiqamətdə görülən tədbirlərin effektivliyinin artırılmasına dair təkliflər nəzərdən keçirilib.

Səmərəli fikir mübadiləsi şəraitində keçirilən seminarda Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Türkmənistan, Tacikistan, Qırğızıstan, Moldova və digər ölkələrdən nümayəndələr iştirak ediblər.

https://azertag.az/xeber/Moskvada_qeyri_infeksion_xesteliklerle_mubarize_istiqametinde_tibbi_savadliligin_artirilmasi_uzre_seminar_kechirilib-1352665