• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC

PRESS PRESS ARCHIVE

PRESS / 18 FEBRUARY 2019

İSİM-də “Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası” üzrə beşgünlük təlimlər keçirilir

Fevralın 18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası” üzrə beşgünlük təlimlərə start verilib.

İSİM-dən AZƏRTAC-a verilən xəbərə görə, təlimin ilk günündə çıxış edən mərkəzin direktoru Qəhrəman Haqverdiyev Azərbaycanda sertifikasiya, tibb işçilərinin vahid reyestrə daxil edilməsi qaydaları barədə məlumat verib: “Sertifikasiya səhiyyə mütəxəssislərinə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquq verən prosesdir. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri ölkəmizdə beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər”.

Dövlət İmtahan Mərkəzinin rezidentura sektorunun müdiri Nəsimi Məmmədov ölkəmizdə rezidenturaya qəbulun aparılması qaydaları haqqında məlumat verib. O bildirib ki, baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu onlayn qaydada həyata keçirilir və imtahanlar test üsulu ilə iki mərhələdə aparılır.

Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova çıxış edərək Azərbaycanda rezidentlərin qiymətləndirilməsi və attestasiyası barədə danışıb.

ABŞ-dan dəvət olunmuş mütəxəssislər, Viskonsin Tibb Kollecinin Plastik cərrahiyyə kafedrasının Fəxri professoru Devid Larson və Oreqon Sağlamlıq və Elm Universitetinin Fəxri professoru Ceyms Smit ölkələrindəki rezidentura təhsili sistemi, komitə sertifikasiyası, tibbi lisenziya və ixtisas təhsilinin tanınması, o cümlədən digər ölkələrdəki rezidentura təhsili sistemləri barədə məlumat veriblər.

Beşgünlük təlimlər zamanı iştirakçılar sertifikasiya imtahanı proseslərinin müxtəlif növləri (ÇSS, esse, şifahi imtahan, OSKİ və praktik imtahan) və onların müsbət və mənfi cəhətləri, çox seçimli sualların (ÇSS) yazılması qaydaları, onların düzgünlüyünün və etibarlılığının qiymətləndirilməsi, fundamental elm sahələri üzrə sualların yazılması təcrübəsi ilə tanış olacaqlar.

Eyni zamanda, həftə ərzində aparılan müşahidələri təhlil etmək, tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası prosesini təkmilləşdirmək məqsədilə Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və təhsil müəssisələrinin nümayəndələri arasında müzakirələr aparılacaq.