• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC

PRESS PRESS ARCHIVE

PRESS / 12 NOVEMBER 2018

virtualaz.org

Şəkərli diabetdən əziyyət çəkən uşaqların sayı artıb

Hazırda Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin sayı 263 mini ötüb.

Virtualaz.org xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Saleh Səhiyyə Nazirliyi və Azərbaycan Diabet Liqasının təşkilatçılığı ilə bu gün keçirilən tədbirdə deyib.

B.Saleh bildirib ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı artır. Ötən il 243 min xəstə qeydiyyatda olub. “Qeydiyyatda olanların 1654 nəfəri uşaqdır. Uşaqların yalnız 20 nəfəri II tip, qalanları isə I tip diabetdir. Bakı üzrə keçən il 580 uşaq qeydiyyatda olubsa, bu gün uşaqların sayı 600-dən çoxdur”, -direktor müavini əlavə edib.

Onun sözlərinə görə, uşaqlar arasında daha çox şəkərli diabetin I tipi yayılır. Valideynlərin çoxu övladlarının diabetdən əziyyət çəkdiyini bilmir: “Uşaq arıqlayır, çox su içir. Yalnız xəstəliyi ağırlaşanda məlum olur ki, diabet imiş. Bəzən xəstəxanaya koma vəziyyətində gətirirlər”.

Diabetli xəstələrin sayının artmasının bir səbəbi də aşkarlama faktorudur, belə ki, əvvəl xüsusilə uşaqların diabet olduğunu gizlətməyə çalışırdılarsa, son illər bu tendensiya aradan qaldırılıb. Direktor müavini qeyd edib ki, uşaqlar arasında şəkərli diabetin yayılmasının etiologiyası çoxdur. Məsələn, irsi amil, sağlam olmayan həyat tərzi, qidalanma diabetin yaranmasında rol oynayır. Nisbətən yaşlı insanlarda alkoqol, hipodinamiya- hərəkətin azlığı şəkərli diabetin yaranmasına səbəb olur. Bugünkü tədbirin məqsədi də diabetlə bağlı maarifləndirmədir.

“Diabetə birlikdə qalib gələk” devizi ilə keçirilən tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə də çıxış edib, bildirib ki, hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur.

Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov isə deyib ki, diabetə qarşı mübarizə məqsədilə “2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı” icra edilir. Proqram çərçivəsində diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, şəkərli diabet xəstələrinin profilaktikası, müalicə və reabilitasiyası, diabet xəstələrinin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarına əsasən 2030-cu ildə şəkərli diabetdən vəfat edənlərin sayına görə bu xəstəlik 7-ci yerdə qərarlaşacaq.