• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC

PRESS PRESS ARCHIVE

PRESS / 8 OCTOBER 2018

azertag.az

“Yenidoğulmuşların reanimasiyası” üzrə praktik təlimlər keçirilməyə başlanılıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Yenidoğulmuşların reanimasiyası” üzrə növbəti beşgünlük praktik təlim kursu keçirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında aparılır.

Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov təlimin ilk günündə antenatal (doğuşa qədər müddət), intranatal (doğuş zamanı) və postnatal (doğulduqdan sonra) dövrlərdə körpələrdə müşahidə olunan problemlər və onların aradan qaldırılması üçün görülməsi vacib olan tədbirlər haqqında məlumat verib.

Ölkənin doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kursda yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, eyni zamanda, təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi barədə danışılıb.

İştirakçılara, həmçinin yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərilməsi, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımın tətbiq edilməsi, müvafiq tibb müəssisələrinə onların vaxtında çatdırılmasının təmin olunması ilə bağlı ətraflı məlumat çatdırılıb.

Nazirlik tərəfindən akkreditə olunan kurs oktyabrın 15-dək davam edəcək və kredit miqdarı 15 bal təşkil edir. Təlimi uğurla bitirənlərə sertifikatlar veriləcək.