• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC

PRESS PRESS ARCHIVE

PRESS / 4 OCTOBER 2018

azertag.az

Davamlı tibbi təhsil həkimlərin peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəlib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) davamlı tibbi təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirilib.

İSİM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən mərkəzin şöbə müdiri Aris Rüstəmov dünyanın qabaqcıl ölkələrində istifadə olunan həkimlərin davamlı tibbi təhsil sisteminin keyfiyyətli tibbi yardımın göstərilməsinə zəmin yaratdığını deyib. O, Avropa İttifaqı ölkələrində, eləcə də Türkiyə, Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Yeni Zelandiya, Rusiya və digər ölkələrdə davamlı tibbi təhsil sisteminin tətbiq olunduğunu vurğulayıb: “Ölkəmizdə səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin 2017-ci il 20 iyun tarixli əmri ilə “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilib. Bu Qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədi ilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir”.

Davamlı tibbi təhsil barədə ətraflı məlumat verən A.Rüstəmov qeyd edib ki, həkimlərin müasir tibb elminin inkişafı ilə ayaqlaşmaları və onların son nailiyyətlərdən xəbərdar olmalarını təmin etmək üçün bu təhsil növünün ölkəmizdə də inkişafı günün tələbidir. O, davamlı tibbi təhsilin həkimin peşəkar fəaliyyət dövründə davam etdiyini və praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş təhsil prosesi olduğunu vurğulayıb.

Eyni zamanda, iştirakçıların diqqətinə çatdırılıb ki, nazirliyin dəstəyi ilə Britaniya Tibb Jurnalı (BMJ) Azərbaycan tibb mütəxəssislərinə özünün "BMJ Best Practice" və "BMJ Learning" resurslarına çıxış üçün şərait yaradıb. Bu onlayn resurslar BMJ-nin Klinik Qərara Dəstək Təlim Təşəbbüsü Layihəsi çərçivəsində təklif olunur və mütəxəssislərə sübutlara əsaslanmış məlumatlar əsasında araşdırmalar aparmaqda kömək edir.

Əvvəllər həkimlər bilik və bacarıqlarını təkmilləşdirmək üçün kurslarda beş ildən bir iştirak edirdilər. Yeni Qaydalara görə, həkim 5 ildə bir dəfə deyil, davamlı olaraq peşə, bilik və bacarıqlarını təkmilləşdirməlidir.