• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC

PRESS PRESS ARCHIVE

PRESS / 1 OCTOBER 2018

azertag.az

Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir

“Ana südü ilə qidalandırma” həftəsinin başlanması ilə əlaqədar Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) pediatr və mütəxəssislərin iştirakı ilə brifinq təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev dünya ölkələrində, o cümlədən respublikamızda Səhiyyə Nazirliyi və UNICEF-in birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi”nin keçirildiyini bildirib.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin körpələrin inkişafında ana südü ilə qidalanmanın əvəzsiz rolundan danışıb.

Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlılığını artırır. Eyni zamanda, körpələri ana südü ilə qidalandırmağın ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir.

Görüşdə, həmçinin körpəsini ana südü ilə qidalandırmağın qadının sağlamlığına da müsbət təsir göstərildiyi vurğulanıb. Bu, doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəzilərini və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, osteoporozun qarşısını alır.

Sonda iştirakçılara ana südü ilə qidalanmanın faydalarına dair maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Ana südü ilə qidalandırma” həftəsi oktyabrın 1-7-də keçiriləcək.