VACANCY DAHA ETRAFLI BOOTM TEXT | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

Completed projects projects archive

Azərbaycan Respublikası “Səhiyyə sisteminin gücləndirilməsi” layihəsi üçün Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansından qrant alınması üçün Sifarişin hazırlanması UPDATED: 25 DECEMBER 2008

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (SN) "Səhiyyə sisteminin gücləndirilməsi (GAVI HSS phase 2)" layihəsinin hazırlanması ilə bağlı VİGA (GAVI) Alyansına 08/17-3558 saylı 22 Oktyabr 2007-ci il tarixdə müraciət etmişdir. VİGA (GAVI) Alyansı 19 dekabr 2007 il tarixli GAVI/07/455/CB/at saylı məktubunda "Səhiyyə sisteminin gücləndirilməsi" üzrə (GAVI HSS phase2) sifarişin hazırlanmasına dair razılıq vermişdir.

SN-nin 2008-ci il 5 fevral tarixli 20 saylı Əmrinə əsasən sifarişin hazırlanması prosesinin əlaqələndirilməsi və ona nəzarət edilməsi vəzifəsi İctimai Səhiyyə və İslahatları Mərkəzi tərəfindən yerinə yetirilmişdir.

Sifariş layihəsinin hazırlanmasını SN-nin 2008-ci il 20 fevral tarixli 5 saylı Əmrinə əsasən yaradılmış İşçi Qrup (IQ) aparmışdır. ÜST-nin ölkə nümayəndəliyi İQ-yə və İSİM-ə beynəlxalq missiyanın və texniki dəstəyin göstərilməsində yardım etmişdir. Mövcud səhiyyə sisteminin qiymətləndirilməsi, müraciət strategiyasına və tədbirlərinə dair təkliflərin hazırlanması və təklifin son variantının hazırlanması məqsədi ilə yerli məsləhətçilər cəlb edilmişdir. İşçi Qrup VİQA SSG Ərizələrinin hazırlanmasına dair 2007-ci ilin avqust ayında Qırğızıstanda keçirilmiş seminarda iştirak edərək göstərilən texniki yardımdan bəhrələnmişdir. Eyni zamanda texniki yardım SN/DB LIQ, USAID, UNİCEF və digər tərəfdaşlar tərəfindən də göstərilmişdir.

2008-ci il fevral-iyul dövrü ərzində İşçi Qrup hər həftə ÜST, USAID, UNICEF və digərlərin iştirakı ilə 30 iclas keçirmiş, eyni zamanda İQ üzvləri və yerli məsləhətçilər işçi qaydada Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və digər maraqlı tərəflərlə görüşlər keçirmişlər.

2008-ci il fevral-aprel ayları dövründə İQ səhiyyə sisteminin qarşısında duran əsas problem və maneələri müəyyən etmişdir. Həmin dövrdə yerli məsləhətçilər mövcud səhiyyə sisteminin ətraflı qiymətləndirilməsini aparmışdır. Qiymətləndirmənin nəticələri İQ-yə və beynəlxalq ekspertlərə təqdim edilmişdir.

İlk beynəlxalq missiya 2008-ci ilin 21-25 aprel tarixlərində təşkil edilmişdir. Missiya zamanı ÜST ekspertləri olan Pim de Graaf və Aleksandr Katsaqa Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi rəsmiləri, SN/DB LİQ və beynəlxalq tərəfdaşların nümayəndələri ilə görüşmüşlər. ÜST ekspertləri İQ ilə sıx əməkdaşlıq mühitində əsas problemlərin və maneələrin təhlili aparmış, VİQA SSG maliyyə vəsaitləri hesabına həll ediləcək maneələri müəyyən etmiş və həmin problemlərin həlli yollarını təklif etmişlər.

Təklif edilmiş tədbirlərin Beynəlxalq Layihələr üzrə Sektorlararası Koordinasiya Şurası (BLSKŞ) tərəfindən 2008-ci il 20 may tarixində təsdiqləndikdən sonra İQ iri tədbirlər, təsir/məhsul/nəticə və icra cədvəli üzərində çalışmağa başlamışdır. 2008-ci il 1-10 iyul tarixlərində keçirilmiş ikinci beynəlxalq missiya zamanı ÜST mütəxəssisləri Barbara Parfitt və Aleksandr Katsaqa tədbirlər planını təklif etmiş, ətraflı icra cədvəlini işləmiş, ərizə göstəricilərini və monitorinq və qiymətləndirmə mexanizmlərini dəqiqləşdirmişlər. Bunların yerinə yetirilməsi üçün ekspertlər SN, SN/DB LİQ, DSK, tibb texnikumlarının müdirləri və digər maraqlı tərəflərlə görüşlər keçirmişlər. 2008-ci ilin iyul ayının 7-də ekspertlər tibb bacılarının təhsili, xüsusilə diplomdansonrakı təhsil məsələlərinə həsr edilmiş dəyirmi masada iştirak etmişlər.

2008-ci il 21-15 iyul tarixlərində keçirilmiş üçüncü beynəlxalq missiya zamanı ÜST eksperti Viktor Qalayda və yerli mütəxəssislər əvvəlcədən qəbul edilmiş tədbirlər əsasında büdcəni işləmiş, VİQA SSG maliyyə vəsaitlərinin ölkəyə və daha sonra periferiyaya köçürülməsi mexanizmlərini müəyyən etmiş və daha sonra satınalmalar mexanizmlərini və idarəetmə məsələlərini müəyyən etmişlər. Həmin təkliflərin təqdimatı keçirilmiş və 25 iyul 2008-ci il tarixində BLSKŞ tərəfindən qəbul edilmişdir.

Sifarişdə aşağıdakı məqsədlər və tədbirlər irəli sürülmüşdür:

  1. Diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi vasitəsi ilə növbəti üç il ərzində 8 tibbi texnikumun, 42 təlimçinin, 640 orta tibb işçisinin potensialının artırılması:

    • Təlimçilər üçün tədris planının,ləvazimatların və alətlərin hazırlanması üçün əsas işçi qrupun müəyyən edilməsi və seçilməsi
    • 42 təlimçi üçün təlim proqramının aparılması
    • Orta tibb işçiləri üçün təlim proqramının aparılması
    • Tədris materialları, ən yaxşı təcrübə təlimatları və simulyasiya məşğələləri üçün, klinik laboratoriya daxil olmaqla, səkkiz tibbi texnikumda tədris proqramının aparılması üçün müvafiq şəraitin yaradılması
  2. Ana və uşaq sağlamlığı xidmətlərinin daha keyfiyyətli monitorinqi üçün növbəti üç il ərzində səhiyyə məlumat sisteminin gücləndirilməsi:

    • 5 pilot rayonda immunoprofilaktika pasportlarının verilməsi üçün mexanizmlərin işlənilməsi
    • Beş pilot rayonda ana və uşaq xidmətlərinin ardıcıllığının təmin edilməsi məqsədi ilə hamilə qadınların qeydiyyatının müasirləşdirilməsi
    • 103, 106 və 66 saylı formalar daxil olmaqla məlumatın daxil edilməsi sisteminin rayon səviyyəsinə qeyrimərkəzləşdirilməsi
    • Müxtəlif sub-sistemləri (e-sağlamlıq kartı, RGEM, səhiyyə statistikası və DSK) vahid məlumat sisteminə cəmləşdirilməsinə dair strategiyanın tərtib edilməsi
  3. İmmunoprofilaktika proqramlarının xərclərinin və büdcəsinin planlaşdırılması alətlərinin və imkanlarının növbəti üç il ərzində gücləndirilməsi:

    • Planlaşdırma, xərclərin müəyyən edilməsi və büdcənin tərtib edilməsi alətlərinin hazırlanması üçün əsas işçi qrupun müəyyən edilməsi və seçilməsi
    • Planlaşdırma, xərclərin və büdcənin müəyyən edilməsi üzrə seminarın keçirilməsi.

Layihənin ümumi büdcəsi üç il (2009-2011) üçün 1,362,775 ABŞ dolları həcmində olacaq və bu məbləğdən 1,182,175 ABŞ dollarının VİQA SSG dəstəyi hesabına təmin ediləcəyi gözlənilir.

Sifariş BLSKŞ tərəfindən təsdiqlənmiş və 05 sentyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə və Maliyyə nazirlikləri tərəfindən imzalanmışdır.

VİGA (GAVI) Alyansı 12 Dekabr 2008 il tarixli GAVI/08/357/CB/ba saylı məktubunda "Səhiyyə sisteminin gücləndirilməsi" üzrə (GAVI HSS phase2) sifarişin təsdiqi barəsində məlumat vermişdir.

PROJECT COORDINATOR: Lutfi Gafarov

CONTACTS: [email protected]