• Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement

Completed projects projects archive

“Səhiyyə sahəsində Kommunikasiya və PR” mövzusunda görüşlər UPDATED: 22 SEPTEMBER 2010

Müasir dövrdə bütün dünyada səhiyyə kommunikasiyası ayrıca bir təsisat kimi fəaliyyət göstərir. Səhiyyə sahəsində həyata keçirilən bütün layihə və proqramlarda kommunikasiya komponenti xüsusi olaraq nəzərə alınır. Dünyanın inkişaf etmiş bütün ölkələrində və inkişaf etməkdə olan bir çox ölkələrdə kommunikasiya ilə bağlı peşəkar assosiasiyalar, elmi mərkəzlər fəaliyyət göstərirlər. Demək olar ki, bu təşkilatların hamısında ayrıca bölmələr formasında və ya müstəqil şəkildə səhiyyə kommunikasiyası ilə məşğul olan qurumlar mövcuddur. Bütün dünyada tanınan bir çox ali təhsil ocaqlarında səhiyyə kommunikasiyası ayrıca kurs və ixtisas kimi tədris olunur. Azərbaycanda bu sahə üzrə hələ ilk addımlar atılır. Bu işdə İSİM-də fəal işlər həyata keçirilmişdir. Heç də təsadüfü deyil ki, məhz bu Mərkəzdə respublikamızın dövlət təşkilatları arasında ilk dəfə “Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr” şöbəsi yaradılmışdır.

2008-ci ilin mart ayından başlayaraq İSİM-də səhiyyə sahəsində çalışan kommunikasiya və PR mütəxəssislərinin müntəzəm görüşləri keçirilir. Görüşlər zamanı kommunikasiya ilə bağlı müxtəlif məsələlər müzakirə olunur, bu sahə ilə bağlı ölkəmizdə və dünyada baş verən yeniliklərlə bağlı iştirakçılar məlumatlandırırlar. Tədbirlərdə iştirak edən müxtəlif təşkilatların nümayəndələri öz qurumlarının kommunikasiya və PR sahəsində fəaliyyətləri haqqında məlumat verir, layihələri barədə təqdimatlarla çıxış edirlər. Hər görüşə yeni təşkilatların nümayəndələrinin qoşulmasını müsbət məqam kimi vurğulamaq lazımdır. Bu tədbirlərin səhiyyə kommunikasiyası sahəsində təcrübə mübadiləsində hamı üçün faydalıdır.

Görüşlərdə müxtəlif dövlət, beynəlxalq, xarici və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

PROJECT COORDINATOR:

CONTACTS: