• İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!
  • Roundtable discussion on the "Strengthening of the Azerbaijani legislation on Tobacco Control" project was held for media representaties (PHOTO)
  • İSİM-də “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirildi (FOTO)
  • A series of workshops on Health Promoting Schools started at the PHRC
  • İSİM-də Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
  • İSİM-də şagirdlərə sağlam qidalanma vərdişlərinin aşılanmasına dair tədbir keçirildi (FOTO)
  • Gəncə məktəbliləri İSİM-in Sağlam Qidalanma Forumuna qatıldılar

NEWS all news

2 NOVEMBER 2016

İSİM-də yenidoğulmuşların reanimasiyası üzrə təlimlər başa çatdı

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçiləri (neonatloq və pediatlarlar) üçün keçirilən “Neonatal Reanimasiya” üzrə  təlimlər artıq başa çatdı. Ümumi hesabla 5 və hər biri iki günlük olmaqla keçirilən təlimlərdə 30-a yaxın regional doğuşayardım müəssisələrində çalışan 60 tibb işçisi iştirak etdi. Təlimləri uğurla başa vuran iştrakçılara müvafiq sertifikatlar təqdim olundu.

Xatırladaq ki, təlimlərin məqsədi regionların doğuşayardım müəssisələrində çalışan tibb işçilərinin yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərmək, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımı tətbiq etmək istiqamətində bilik və bacarıqları artırmaq idi. Təlimlər K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə əməkdaşlıqda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin  həkim-metodisti Nahidə Mahmudova tərəfindən aparılırdı.

Təlimlər Səhiyyə Nazirliyinin 24.04.2014-cü il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün strateji planı üzrə Fəaliyyət planı”nın  3.2.6. bəndinə əsasən 2016-cı ilin oktyabr və noyabr aylarında “Kənd yerlərinin ucqar yaşayış məntəqələrində səhiyyə xidmətlərinə əlçatanlığın artırılması” layihəsinə əsasən icra olundu.