• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC

NEWS all news

3 MARCH 2020

Kopenhagen şəhərində “Erkən yaş dövründə olan uşaqların inkişafı” üzrə Məsləhətləşmə iclası keçirilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionu Bürosu Danimarkanın Kopenhagen şəhərində 25-26 fevral 2020-cu il tarixdə “Erkən yaş dövründə olan uşaqların inkişafı” üzrə üzv ölkələrin Məsləhətləşmə iclasını keçirib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova iclasda iştirak edib. ÜST-nin Avropa Regionu üzrə üzv ölkələrin ikigünlük  Məsləhətləşmə iclasında təmsil olunan 16 ölkənin nümayəndələri tərəfindən uşaqların inkişafında olan problemlərin erkən yaş dövründə aşkarlanması məsələləri üzrə fikir mübadiləsi aparılıb, ölkələrdə olan problemlər haqqında məlumat verilib. Həmçinin “Erkən yaş dövründə olan uşaqların inkişafı üzrə Avropa siyasətinin əsasları” adlı sənəd müzakirə olunub. Bu sənədlə bağlı əvvəlcədən göndərilən fikirlərə (formulyar) verilən rəy və təkliflərə dair konsensus əldə edilib.

Şəkillərlə burada tanış olmaq olar.