• İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • Evidence-based medicine guidelines to be translated into Azerbaijani
  • PHRC hosts educational meeting on implementing of Continuous Medical Education (CME)

NEWS all news

25 JUNE 2019

İSİM-də Körpə Dostu Klinikası standartları üzrə Bakı şəhərinin doğum evləri və doğum şöbələrində aparılmış ilkin monitorinqin nəticələrinə dair dəyirmi masa təşkil edildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 25 iyun 2019-cu il tarixdə Körpə Dostu Klinikası standartları üzrə Bakı şəhərinin doğum evləri və doğum şöbələrində aparılmış ilkin monitorinqin nəticələrinə dair dəyirmi masa təşkil edildi. İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki, qidalanma uşaqların sağlamlığını, onların harmonik, düzgün inkişafını tənzimləyən güclü amildir: “Bu baxımdan ana südü körpələr üçün ən ideal qidadır. Ana südü ilə qidalandırmanın analar arasında geniş yayılması üçün ölkəmizdə mühüm tədbirlər həyata keçirilir. Bu məsələ səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş Dövlət Proqramlarında, eyni zamanda “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”da öz əksini tapıb”. UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova ana südü ilə qidalandırmanın həm əhali arasında, həm də doğuşayardım tibb müəssisələrində geniş təşviq edilməsinin əhəmiyyətini vurğuladı: “UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı çox gözəl təşəbbüslə çıxış edib. “Körpə Dostu Klinikası Təşəbbüsü” 1991-ci ildən həyata keçirilir. 2015-ci ildə  bu təşəbbüs  yenidən qiymətləndirilib və onun müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda tətbiqinin təkmilləşdirilməsi prosesinə başlanılıb”. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Hande Harmançı bildirdi ki, əsas məqsədimiz ildən-ilə daha çox körpənin ana südü ilə qidalandırılmasına nail olmaqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov körpələrin inkişafında ana südü ilə qidalanmanın əhəmiyyəti, körpələrə və analara olan faydalarından söz açaraq, “Körpə Dostu -Klinikası Təşəbbüsü”nün yenidən bərpasına birgə səy göstərilməsini yüksək qiymətləndirdi. Ekspert Səbinə Əhmədova Körpə Dostu Klinikası standartları üzrə Bakı şəhərinin doğum evləri və doğum şöbələrində  aparılmış ilkin monitorinqin nəticələrini iştirakçıların diqqətinə çatdırdı: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən həyata keçirilən monitorinq zamanı Bakı şəhərinin 12 doğuşayardım müəssisəsində  körpələrini ana südü ilə qidalandıran və qidalandırmayan, ümumilikdə, 124 nəfər qadın  arasında sorğu aparıldı və məlumatlar təhlil edildi”. İSİM-in Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova ilkin monitorinqlərdən 3 ay sonra keçirilmiş təkrar sorğunun nəticələri ilə iştirakçıları tanış etdi.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə ana südü ilə qidalanan uşaqların sayını artırmaq üçün geniş maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini vurğuladı və bu sahədə İSİM-in UNİCEF, ÜST ilə birgə gördüyü işləri diqqətə çatdırdı.

Bakı şəhərinin doğum evləri və doğum şöbələrinin rəhbərləri və əməkdaşları, mütəxəssis və ekspertlərin iştirak etdiyi dəyirmi masada səmərəli fikir mübadiləsi aparıldı, təkliflər dinlənildi.

Şəkillərlə burada tanış olmaq olar.