• İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • Evidence-based medicine guidelines to be translated into Azerbaijani
  • PHRC hosts educational meeting on implementing of Continuous Medical Education (CME)

NEWS all news

18 MARCH 2019

Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM)18 mart 2019-cu il tarixdə “Azərbaycanda multisektoral tütünlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi üzrə tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki, tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini tütünün yaratdığı təhlükəli fəsadlara yönəltmək və bu istiqamətdə maarifləndirməni, əməkdaşlığı daha da genişləndirməkdir: “Hazırda əsas məqsədimiz budur ki, Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasına nail olaq. Unutmayaq ki, əhalinin sağlamlığının qorunmasına təsir edən əsas faktorlardan cəmi 10 faizi tibbin üzərinə düşürsə, qalan 50 faizi həyat tərzi, 20 faizi irsi amillər, 20 faizi isə ətraf mühitin göstərdiyi təsirlərdir. Bu baxımdan, ictimai səhiyyə, yəni profilaktika tədbirləri, maarifləndirmə işləri, qarşılıqlı fəaliyyət və əməkdaşlıq əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır”. İSİM-in İctimai səhiyyə şöbəsinin müdiri Tofiq Musayev bildirdi ki, ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun tətbiqi gündəlik həyatımızda artıq özünü göstərir, ictimai yerlərdə tüstüsüz mühitin yaradılması üçün müəyyən qadağalar və inzibati cəzalar həyata keçirilir: “Cənab Prezident tərəfindən imzalanan və bu gün ölkəmizdə tətbiq olunan bu qanunun məqsədi tütün məmulatlarından istifadə etməyən insanların, habelə tütün məmulartlarından istifadə edən insanların da sağlamlıqlarının qorunmasıdır. İctimai yerlərdə, idarə və müəssisələrdə qapalı ərazilərdə tütündən istifadəyə qoyulan qadağanın mahiyyəti budur”.İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva “Tütünlə mübarizə sahəsində məqsədyönlü kommunikasiya tədbirləri” mövzusunda çıxış edərək, zərərli vərdişlərə qarşı  mübarizənin daha effektiv, daha səmərəli aparılması üçün qarşılıqlı fəaliyyətin mühüm rolunu vurğuladı. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə “Sağlamlıq və rifah: biznes qurumlarının rolu və əməkdaşlığın əhəmiyyəti” mövzusunda geniş təqdimatla çıxış edərək, hər kəsi əhalinin sağlamlığı istiqamətində görülən işlərə dəstək olmağa çağırdı.  İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə dəyirmi masa iştirakçılarına Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  multisektoral fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi.

Hökumət və qeyri-hökumət təşkilatları, biznes strukturları nümayəndələrinin iştirakı ilə keçən dəyirmi masada səmərəli fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

Yekunda Azərbaycanda ictimai səhiyyənin təşkili işinə, əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlərə dəstək  verən təşkilatlara Təşəkkürnamələr və bütün iştirakçılara tütün əleyhinə marifləndirici materiallar təqdim olundu.

Şəkillərlə burada tanış olmaq olar.