• Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement

NEWS all news

28 SEPTEMBER 2018

Mingəçevir, Tərtər, Bərdə və Goranboy gəncləri zərərli vərdişlərin təhlükələri barədə maarifləndirildilər

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir.

"Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın  həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planı"nın 9.2. bəndinin (QİX-in risk faktorlarının (tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik) azaldılması üçün bərabərlik prinsipinə əsaslanan səmərəli tədbirlərin həyata keçirilməsi) icrasını təmin etmək məqsədilə 27-30 sentyabr 2018-ci il tarixlərində Mingəçevir, Tərtər, Bərdə və Goranboy Gənclər evlərində "Sağlam həyat tərzi, zərərli vərdişlərdən imtina və ümumilikdə sağlamlığa dair gənclər arasında maarifləndirmə" mövzusunda görüşlər keçirilir.

Bu məqsədlə bölgələrə ezam olunmuş İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Şəhla Mirzəzadə geniş təqdimatla çıxış edərək bildirdi ki, tütünçəkmə, eləcə də zərərli vərdişlər  bir sıra nəfəs yolları, ürək-damar və digər xəstəliklər törətməklə yanaşı, həm də insan psixologiyasına olduqca mənfi təsir göstərir.

Azərbaycanda yeniyetmələrin tütündən istifadəsinin statistik göstəricilərini diqqətə çatdıran natiq tütündən istifadənin nəinki insanın öz sağlamlığı, həmçinin ətrafdakıların səhhəti üçün ciddi təhlükə mənbəyi olduğunu qeyd etdi. İSİM-in mütəxəssisi bu baxımdan ölkəmizdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qəbul olunan qanunun əhalinin sağlamlığının qorunması sahəsində və ikincili tütünçəkmənin artan təhlükələrinə qarşı daha məqsədyönlü mübarizə aparılmasına şərait yaratdığını vurğuladı.

Tədbirlərin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olundu.