İSİM-in rəhbər işçiləri Sarayevo şəhərində keçirilən kursda iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

1 JULY 2017

İSİM-in rəhbər işçiləri Sarayevo şəhərində keçirilən kursda iştirak etdilər

27 iyun - 1 iyul 2017-ci il tarixdə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin təşkilatçılığı ilə “Səhiyyə siyasətinin formalaşmasında səhiyyənin informasiyalaşdırılması aspektlərinin və aparılan elmi tədqiqatların dərindən öyrənilməsi”nə həsr olunmuş kurs təşkil edildi. Kursun iştirakçıları arasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəhbər işçiləri – İSİM-in direktorun birinci müavini Rauf Məmmədov və Monitorinq və təhlil şöbəsinin müdiri Qəhrəman Haqverdiyev də vardı. Kursun əsas məqsədi səhiyyənin informasiyalaşdırılması, Avropa regionu ölkələrinin səhiyyə qurumlarının kadr potensialının gücləndirilməsi idi. Kurs əsasən səhiyyəyə dair məlumatların təhlili, səhiyyə siyasətinin formalaşdırılması və icrası sahəsində çalışan, əhalinin sağlamlığı sahəsində statistik məlumatlarla işləyən, araşdırmaların aparılması ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdu.  

Mühazirələr, fərdi və qrup şəkilində olan məşğələlərdən ibarət təlim zamanı hər bir iştirakçı öz ölkəsinin məlumatları əsasında, “Sağlamlıq-2020”-nin göstəricilərinə uyğun şəkildə tövsiyələr verdi və zəncirvari araşdırma apardı.