İSİM-in əməkdaşı Qazaxıstanda keçirilən "İnteqrasiya olunmuş səhiyyə xidmətlərinin göstərilməsi üzrə əlaqələndiricilərin IV illik toplantısı"nda iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

23 JUNE 2017

İSİM-in əməkdaşı Qazaxıstanda keçirilən "İnteqrasiya olunmuş səhiyyə xidmətlərinin göstərilməsi üzrə əlaqələndiricilərin IV illik toplantısı"nda iştirak etdi

22-23 iyun 2017-ci ildə Qazaxıstanın Almatı şəhərində "İnteqrasiya olunmuş səhiyyə xidmətlərinin göstərilməsi üzrə əlaqələndiricilərin 4-cü İllik Toplantısı" keçirildi. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov da toplantıda iştirak edirdi.    

İki gün davam edən görüşdə iştirakçılar Avropa regionunda səhiyyənin müasir vəziyyəti və səhiyyə sahəsində yeniliklərə həsr edilmiş təqdimatlarla tanış oldular. İnteqrasiya olunmuş səhiyyə xidmətlərinin göstərilməsi və onun tətbiq paketi ilə bağlı geniş fikir mübadiləsi aparıldı, bu istiqamətdə əldə edilən yeniliklər nəzərdən keçirildi.

Xatırladaq ki, 2018-ci ildə Alma-Ata Bəyannaməsinin 40-cı ildönümü qeyd ediləcək. Bu ərəfədə keçirilən görüşün əsas məqsədi regionda səhiyyə üçün yeni bir yanaşma təqdim etmək, bölgədə və qlobal səviyyədə səhiyyə xidmətlərinin təqdimatını dəyişdirməklə ilkin tibbi-sanitar yardım xidmətinin inkişafına təkan verməkdir.