Şöbə müdirinin müavini (həkim), İctimai sağlamlıq şöbəsi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

VAKANSİYALAR BÜTÜN VAKANSİYALAR

Vakansiyanın adı – Şöbə müdirinin müavini (həkim), 1.0 ş.v

Struktur vahidinin adı – İctimai sağlamlıq şöbəsi.

Vəzifə funksiyaları –  ictimai sağlamlıq sahəsində  sənədlərin və  metodik tövsiyələrin hazırlanmasında iştirak; ictimai sağlamlıq sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılmasına dair konfranslar, seminarlar, praktik məşğələlər və  keçirilən tədbirlərdə yaxından iştirak edilməsi; sorğu, məktub və müraciətlərin cavablandırılması; digər təşkilat və qurumlarla əlaqələrin qurulması; şöbənin işi ilə bağlı bütün gündəlik işlərin idarə edilməsi; şöbə müdiri olmadıqda (məzuniyyət və ezamiyyət və s.zamanı) onun əvəz edilməsi.

İş vaxtı - şənbə və bazar günlərindən başqa hər gün saat 9-dan 17-30-dək.

TƏLƏBLƏR:

Təhsil  - ali tibb təhsili, səhiyyənin təşkili üzrə ixtisası olanlara, bu ixtisas üzrə təlimlərdə iştirak edənlərə üstünlük verilir.

İş stajı – ictimai səhiyyə üzrə 1 ildən çox; həkim ixtisası üzrə 3 il praktiki fəaliyyət.

Dilləri bilmə  - azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir).

Kompüter bilikləri  -  MS office (Word, Excel, Power Point), MS Outlook  və və İnternet resurslarından sərbəst istifadə bacarıqları.

Xüsusi bacarıqlar . auditoriya qarşısında təqdimat və çıxış etmə bacarıqları;, təşkilatçılıq və idarəetmə bacarıqları, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Vakansiyalar və işə qəbulla bağlı tələb olunan sənədlər haqqında ətraflı məlumat əldə etmək üçün (012) 430 14 86 telefon nömrəsinə zəng və ya [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

Vakansiya ilə maraqlanan şəxslər yalnız Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) CV formasını dolduraraq [email protected] elektron ünvanına, Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə, göndərə bilərlər. CV-lər həmçinin İSİM-in Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər həftənin I-V günləri saat 9:30-dan 12:30-dək qəbul olunur.

Namizədlərin nəzərinə! İSİM-ə işə qəbulla bağlı müraciət edənlərdən yalnız vəzifə tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını buradan yükləyə bilərsiniz.