Video Çarxlar-12 | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

Vahid standartların (PEDS+, PEDS) və həkimlər tərəfindən erkən aşkarlanması üzrə standartların (PEDS+, İDİR) yaradılması YENİLƏNİB: 23 DEKABR 2019

Koqnitiv, ünsiyyət və özünəqulluq bacarıqlarının inkişafı, hərəkət və psixi inkişafda geriləmənin valideyn tərəfindən erkən aşkarlanması məqsədilə vahid standartların (PEDS+, PEDS) və həkimlər tərəfindən erkən aşkarlanması üzrə standartların (PEDS+, İDİR) yaradılması

Azərbaycan Respublikası Prezidentinin 10.05. 2018-cı il tarixli 64 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29.11.2018-ci il tarixli 86 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının 5.1.4. (Erkən aşkarlanma, profilaktika və erkən müdaxilə ilə bağlı yeni beynəlxalq metodikaya əsaslanaraq aşkarlama üçün istifadə olunmalı texniki avadanlığın DA (fetal exokardioqrafiya və USM, audiometriya, fiziki reabilitasiya) müəyyən edilməsini nəzərə alaraq milli metodikanın və standartların yaradılması) bəndinin icrası İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilmişdir.

Bu məqsədlə, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların təlimatlarına əsaslanan “Koqnitiv, ünsiyyət və özünəqulluq bacarıqların inkişafı, hərəkət və psixi inkişafda geriləmənin valideyin tərəfindən erkən aşkarlanması üzrə standartlar (PEDS+, PEDS)” və “Koqnitiv, ünsiyyət və özünəqulluq bacarıqların inkişafı, hərəkət və psixi inkişafda geriləmənin həkimlər tərəfindən erkən aşkarlanması üzrə standartlar (PEDS+, İDİR)” işlənib hazırlanıb. Sənədlərin son variantı Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasına təqdim olunmuşdur.

“Koqnitiv, ünsiyyət və özünəqulluq bacarıqlarının inkişafı, hərəkət və psixi inkişafda geriləmənin valideyin tərəfindən erkən aşkarlanması üzrə standartlar (PEDS+, PEDS)” 25 dekabr 2019-cu il tarixdə Elmi-Tibbi Şuranın 30 nömrəli qərarı ilə təsdiq olunmuşdur.

“Koqnitiv, ünsiyyət və özünəqulluq bacarıqlarının inkişafı, hərəkət və psixi inkişafda geriləmənin həkimlər tərəfindən erkən aşkarlanması üzrə standartlar (PEDS+, İDİR)” rəy üçün göndərilmişdir.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Şəhla İsmayılova

ƏLAQƏ: [email protected]