• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

29 SENTYABR 2022

29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi

Səhiyyə Nazirliyi,  İctimai Səhiyyə və İslahatlar Mərkəzi,  Azərbaycan Tibb Universitetinin təşkilatçılığı, “Marsol” MMC və “Özsüt” restoranlar şəbəkəsinin əməkdaşlığı ilə 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi.

Qış parkında 29 sentyabr 2022-ci il tarixdə təşkil olunan aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi, EKQ müayinə) dəvət edildilər, onlara həkim və kardioloqlar,  ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verildi.

Statistik məlumatlara görə, hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biridir və dünyada hər il 17 milyondan çox insanın həyatına son qoyur. Son vaxtlar ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması bir sıra amillərlə sıx bağlıdır. Əsas risk amillərinə  isə, yüksək qan təzyiqi, qanda xolesterin və şəkərin miqdarının artması, tütünçəkmə, fiziki passivlik, spirtli içkilərdən sui-istifadə, psixoloji stress, artıq çəki, piylənmə və qeyri-sağlam qidalanma aiddir. Aksiyada həmçinin “Sağlam qida” guşəsi təqdim olundu, iştirakçılara düzgün və balanslı qidalanma ilə bağlı məlumat verildi, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzi seçmək təşviq edildi, bu mövzulara dair maarifləndirici materiallar paylanıldı.

Qeyd edək ki, Ümumdünya Ürək Günü hər il ölkəmizdə müxtəlif tədbirlərlə qeyd edilir, ürək-damar xəstəliklərindən qorunmaq üçün əhali arasında geniş təbliğat aparılır.


Şəkillərlə burada tanış olmaq olar.